Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan Neft Fondunun maraqlı planları: rubldan imtina edilməyəcək, 500 milyon Çinə yönəldiləcək...

Image


Son dövrlərdə Avropa iqtisadiyyatında yaşanan çətinliklər bura sərmayə qoyuluşlarına da təsirsiz ötüşmür. İnvestorlar baş verənlər fonunda diqqəti artıq fərqli bazarlara daha çox yönəldir. Söhbət əsas etibarı ilə Asiya bazarlarından gedir. Qərbdə davam edən maliyyə böhranı fonunda dünyanın digər regionlarının, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrinin investisiya cəlbediciliyi sürətlə artır.
Ekspertlər isə bildirir ki, digər investorlar kimi, artıq Azərbaycan da bu tendensiyaları nəzərə almağa və investisiya istiqamətini dəyişməyə məcburdur. Əslində, son 10 il ərzində dünya iqtisadiyyatında baş verən proseslər Asiya ölkələrinin investisiya yatırmaq baxımından sərfəli istiqamət olduğunu göstərir. Son maliyyə böhranı nəticəsində Avropa və Şimali Amerika iqtisadiyyatlarında kəskin enmə baş versə də, Asiya ölkələrinin əksəriyyətində əksinə, iqtisadi artım müşahidə olundu. Bütün bunlar Azərbaycanın investisiya siyasətinə təsirsiz ötüşmür. Məsələn, artıq bəllidir ki, Azərbaycan Dövlət Neft Fondu (DNF) aktivlərinin 500 milyon dollarını Çin valyutasına-yuana yatırır.
Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov Davos Forumunda iştirakı zamanı "Bloomberg" agentliyinə açıqlamasında deyib ki, fond həmçinin aktivlərinin bir hissəsini Asiya ölkələrində daşınmaz əmlaka yatıracaq. Məqsəd fondun portfelinin diversifikasiya olunmasıdır: "Ötən ilin sonlarında biz yuana nə qədər investisiya yatırmaq barədə kvotanı müəyyən etdik. Hazırda zəruri sənədlər hazırlanır və bu il biz 500 milyon dolları yuana yatıracağıq". DNF prezidenti deyib ki, Azərbaycan neft pullarının bir qismini də Yaponiya, Honkonq, Sinqapur və Çin kimi Asiya ölkələrində daşınmaz əmlaka yatırmağı planlaşdırır: "Biz hazırda əlimizdə olan aşağı gəlirli istiqrazları əvəzləmək üçün olduqca sadə aktivlər axtarırıq". Şahmar Mövsümov onu da deyib ki, hazırda Rusiya rublunun dəyərdən düşməsinə baxmayaraq, fond rublla saxlanan aktivlərini dəyişdirməyəcək: "Biz rublda invstisiyalarımızı saxlayacağıq. "Vneştorqbank"a yatırdığımız investisiya çox uzunmüddətli və strateji mahiyyət daşıyır. Biz hesab edirik ki, "Vneştorqbank"da qalmalıyıq, bu, Rusiyanın ən iri banklarından biridir".
Ş.Mövsümovun fikrincə, neftin qiymətləri ilin ikinci yarısında sabitləşəcək və əvvəlki mövqelərini bərpa edəcək. Neftin bu cür kəskin ucuzlaşmasını heç kimin gözləmədiyini deyən Ş.Mövsümovun sözlərinə görə, bu, Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin təxminən 3 milyard dollar azalmasına səbəb olacaq. O əlavə edib ki, fondda cəmləşmiş vəsaitlər Azərbaycana çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Qeyd edilənlərdən bir daha bəlli olur ki, Asiya bazarlarının Azərbaycan üçün cəlbediciliyi artır. Burada digər məqamlar da rol oynayır. Məsələn, artıq neçə ildir ki, inkişaf etmiş ölkələrdə büdcə kəsiri, dövlət borcları və bu qəbildən olan problemlər adi hala çevrilib. Avrozonada belə problemlər İtaliya, İspaniya, İrlandiya və digər ölkələrdə müşahidə olunur. Asiya ölkələrində isə oxşar problemlər, demək olar ki, yoxdur. Onların büdcə gəlirləri, valyuta ehtiyatları və digər əsas göstəricilərini nəzərə alanda Asiya ölkələri iqtisadi baxımdan daha sağlam görünür. Oxşar vəziyyət bundan sonra uzun müddət davam edəcək. Bundan başqa, investorlar üçün potensial gəlirlilik göstəricilərindən biri də ölkədə Mərkəzi Bankın uçot dərəcəsi sayılır. Bu göstəricilər həm qısamüddətli pul bazarındakı faiz dərəcələrinə, həm sabit gəlirli qiymətli kağızlar, həm də səhm bazarına təsir edir. Araşdırmalar göstərir ki, bu göstərici üzrə müqayisə də Asiya ölkələrinin xeyrinədir. Bu hal da onlara sərmayə yatırımları üçün əlavə stimul yaradır.
Azərbaycan ötən ildən Asiya bazarı ilə daha çox maraqlanır. Artıq məlumdur ki, ötən il ARDNF Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "Payn Avenyu A qülləsi" ofis kompleksini satın alıb. Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiya olub. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır. Bundan əlavə, Azərbaycan neft pullarının bir qismini də Yaponiya, Honkonq, Sinqapur və Çin kimi Asiya ölkələrində daşınmaz əmlaka yatırmağı planlaşdırır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ