Cümə axşamı günü, 29 oktyabr 2026
     

Fikrət Yusifov: "Siyasi ambisiyası olanlardan hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verəcəyini gözləmək lazım deyil"

Image


"Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsini özləri üçün "çox maraqlı” mövzuya çevirmiş və bu məsələ ilə bağlı eyni fikirləri on dəfələrlə deməkdən usanmayan bəzi təhlilçilər cəmiyyətdə olduqca yanlış rəy formalaşdırmağa səy göstərirlər".

"APA-Economics”in məlumatına görə, bu fikirləri "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov mətbuata açıqlamasında deyib.

Onun fikrincə, dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsi nəticəsində Neft Fondunun büdcəsində kəsir yaranması təbiidir: "Təəssüf ki, özlərini iqtisadi ekspert kimi təqdim edənlər az qala bunun əksini "isbat" etməyə çalışırlar. Neftin dünya bazarlarındakı qiymətləri son 2-3 ildə təxminən 100 -120 dolları aşdığı və bəzən bundan da yüksək bir həddə çatdığı halda əldə edilən mənfəətin yüksək olması nə qədər təbiidirsə, bunun əksi baş verəndə gözlənilən mənfəətin azalması da bir o qədər təbiidir. Mətbuatdakı çıxışlarımızda dəfələrlə demişik ki, aktivləri 37,3 milyard ABŞ dollarından çox olan Neft Fondunun ondan asılı olmayan səbəbdən bir neçə milyard dollar itirməsi və ya məlum səbəbdən növbəti ilə öz büdcəsini 1,5 milyard dollar kəsirlə proqnozlaşdırması fəlakət sayıla bilməz. Bunu fəlakət kimi cəmiyyətə təqdim etmək sadəcə belə "təqdimatın” ancaq siyasi motivlərə söykənməsindən xəbər verir".

F.Yusifov açıqlamasında uzun müddət bank sektorunda rəhbər vəzifədə çalışan peşəkar bankirin qarşılaşdığı bir məqamı xatırladıb: "Sovet dönəmində prokurorluğun gənc müstəntiqi həmin şəxsə böyük bir təlaşla belə deyib: "Heç bilirsiniz sizin bank nə edib? Bankir çaşqınlıq içərisində hansı əməli törətdiyini soruşub. Müstəntiqin cavabına baxın: "Müəssisəyə kredit vermisiniz”. Bankir də cavabsız qalmayıb. Deyib ki, kredit vermək bankın ana işidir: "Bank kredit verər, meyvə-tərəvəz verməz ki!”. İndi mən də dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşdüyü bir dövrdə Neft Fondunun büdcəsində yarana biləcək kəsri faciəyə çevirənlərə deyirəm: burada təəccüblü nə var ki? - neftin qiymətləri aşağı düşəndə Neft Fondunun da gözlənilən mənfəəti təbii olaraq azalar. Heç kəs narahat olmasın, ehtiyac yarandığı halda Neft Fondu dünya bazarlarında neftin qiymətlərinin 100-120 və bəzən bundan da çox olduğu dönəmlərdə bu hesaba yaratdığı rezervlərindən istifadə edib, vəziyyəti nizamlayacaq və bunun özü də çox normal bir addım olacaq. Əslində bu rezervlərin yazılmış və yazılmamış bir təyinatı da analoji hallarda təhlükəsizlik yastığı rolunu oynamaqdır. Digər tərəfdən, neftin qiymətlərinin bu gün olduğundan daha da aşağı düşəcəyi təqdirdə Dövlət büdcəsinə yenidən baxmaq, bu zaman həyati əhəmiyyət kəsb etməyən, bu günün maliyyə imkanları ilə uzlaşmayan investisiya layihələrinin tam və ya qismən dayandırılması mümkündür. Artıq Prezident bu barədə fikirləri cari ilin əvvəlində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib".

Neft Fondundan Dövlət büdcəsinə 2015-ci ildə ediləcək 10,3 mlrd. manat transfertə rəhbərlik etdiyi təşkilatın bir neçə dəfə münasibət bildirdiyini diqqətə çatdıran BİAB sədri qeyd edib ki, Neft Fondundan Dövlət büdcəsinə yönəldilən və əsasən investisiya layihələrinin maliyyələşməsinə sərf edilən vəsait elə həmin layihələrin maliyyələşməsinə Neft Fondundan birbaşa da yönəldilə bilərdi: "Bunu heç kəs Azərbaycan hökumətinə qadağan edə bilməz! Belə olan halda Neft Fondu investisiya layihələrinin maliyyələşməsini öz büdcəsi vasitəsilə Fondun maliyyə imkanlarına uyğun şəkildə həyata keçirəcəkdi. Əgər belə olsaydı, bu gün "rahatsız olub, həyəcan təbili” çalanlar nədən danışacaqdılar? Gürcüstanda, Belarusda, Moldovada və başqa qeyri-neft ölkələrində Neft Fondu yoxdur. Bu ölkələr illərlədir heç bir fəlakətə düçar olmayıblar ki? Son iki aya qədə olan dövrdə apardığımız müşahidələr zamanı bizi heyrətə gətirən bir acı həqiqəti qeyd etməyə bilmirik. Neftin qiymətləri aşağı düşdüyü anlarda bəzi "müxaliflərin” facebook səhifələrində bu münasibətlə bir-birinə göz aydınlığı verməsini görəndən sonra düşünürsən ki, görəsən bu adamlardan başqa dünyada daha kimlər Azərbaycanın itkilərinə sevinə bilər? Bu yerdə ulu öndər Heydər Əliyevin bir kəlamı yada düşür: "Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın!!! Siyasi ambisiyası olanlardan hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verəcəyini gözləmək lazım deyil. Proseslərə qeyri-obyektiv qiymət verməyin bir kökü də belə mövqe sərgiləyənlərin siyasi mədəniyyətinin aşağı olmasıdır. Onlara demək istəyirəm ki, haray salmağa ehtiyac yoxdur".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ