Bazar günü günü, 11 oktyabr 2026
     

İpoteka kreditlərinin faiz dərəcəsi insanların mənzil arzusunu gözündə qoydu

Image


Məlum olduğu kimi, Azərbaycanda əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hökumət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsi ilə güzəştli və nisbətən aşağı faizli ipoteka kreditlər təklif edir. Müraciətlərin sayı bu növdən olan ipoteka kreditlərinə tələbin yüksək olduğunu göstərir.

Hazırda bu növ ipoteka kreditlərindən yararlanmaq istəyənlərin sayı yüksəkdir. Bu da ölkədə mənzillə təminat probleminin hələ tam həllini tapmadığını göstərir. Ekspertlərin fikrincə, MİDA-nın bu ilin martında 442 mənzil üzrə keçirdiyi güzəştli mənzil satışında 25 minə yaxın şəxsin müraciət etməsi əslində ölkədə evsiz olan və dövlət təyinatlı ipoteka kreditindən yararlana bilməyənlərin sayının yüksək olduğundan xəbər verir. Nəzərə alsaq ki, güzəştli mənzil satışından və ya güzəştli ipotekadan yalnız İKZF və MİDA-nın müəyyənləşdirdiyi kateqoriyalara cavab verən vətəndaşlar yararlana bilər, o zaman evə ehtiyacı olanların sayının 25 mindən də yüksək olması sirr deyil. Hökumətin təklifləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən kommersiya banklarının da fərqli ipoteka kredit paketləri var. Lakin onlar nisbətən bahadır. Daşınmaz əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev bildirir ki, hazırda Azərbaycanın mənzil portfeli təxminən 2 milyon 800 min civarındadır. Başqa sözlə desək, bu rəqəm ölkədə bina və həyət evlərinin ümumi sayını göstərir. Bununla belə, mütəxəssis bildirir ki, əhali arasında evsiz olanların sayı da kifayət qədər çoxdur. Onun sözlərinə görə, buna əsas səbəb ipoteka krediti şərtlərinin ağır, eləcə də illik faiz və aylıq ödənişlərin əhalinin gəlirlərindən yüksək olmasıdır. Bununla belə, o, son iki il ərzində ipoteka krediti ilə satılan mənzillərin nağd satışla müqayisədə üstünlük təşkil etdiyini də vurğulayıb, lakin əlavə edib ki, bu satışlar əhalinin məişət şəraitinin tədricən yaxşılaşdığını deməyə imkan vermir: “Çünki elə insanlar var ki, onların 3-5, hətta 8-10 evi var, amma elə ailələr də var ki, bir neçə ailə - yəni, oğlunun, qızının ailəsi, - hamısı bir evdə yaşayırlar və ya kirayədə qalırlar. Onlar arasında gənc ailələr üstünlük təşkil edir”. Onun fikrincə, tikinti şirkətlərinin irəli sürdüyü daxili kredit sistemi də məsələni həll etməyə qadir deyil, çünki bu zaman illik faiz dərəcəsi yüksək olur və ilkin ödəniş tələbi isə 30 faizdən başlayır. Ekspert BBC-yə açıqlamasında bu şərtləri orta əməkhaqqı alan azərbaycanlının daxili kreditdən yararlanması üçün əlçatan saymır. O, ölkədə daşınmaz əmlak sektorunu canlandırmaq və tikinti sahəsinin ölkə iqtisadiyyatında payını artırmaq üçün ipotekanın 2 faizə endirilməsini təklif edir. İpoteka və Kredit Zəmanət Fondundan isə bildirilir ki, ipoteka kreditləri üzrə maksimal məbləğ, illik faiz dərəcələrinin yuxarı həddi ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında, formalaşmış ipoteka portfeli üzrə orta parametrlər və digər iqtisadi göstəricilər nəzərə alınmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur. İpoteka və Kredit Zəmanət Fondu onu da bildirir ki, qurum güzəştli ipoteka kreditlərinin daha çox vətəndaş üçün əlçatan olmasına çalışır. Son vaxtlar ipoteka kreditlərinə marağın artdığını bildirən fond 2020-2025-ci illər ərzində 20 min ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 1,7 mlrd. manat məbləğində ipoteka kreditlərinin maliyyələşdirilməsini nəzərdə tutub. Qurumdan verilən məlumata görə, fond maliyyə çətinliyi yaranmış borcalanların hüquqlarının müdafiəsi məqsədilə restrukturizasiya mexanizminin tətbiqinə də başlayıb. Bundan əlavə, İKZF digər dövlət qurumları ilə birlikdə elektron ipoteka sistemini genişləndirərək tək şəxsiyyət vəsiqəsi ilə ipoteka krediti verməyə hazırlaşır.

Hazırda adi ipoteka kreditləri üzrə maksimal kredit məbləği 150 min manat, faiz dərəcəsi illik 8 faiz, güzəştli ipoteka kreditləri üzrə isə maksimal məbləğ 100 min manat, faiz dərəcəsi 4 faiz təşkil edir. Azərbaycanda ipoteka krediti götürmək üçün müxtəlif şərtlər olsa da, bütün hallarda müraciətçidən rəsmi maaş göstərmək tələb olunur. Bundan əlavə, Azərbaycanda ipoteka kreditinə müraciət edən zaman ailə tərkibi haqqında arayış da tələb edilir. Daşınmaz əmlak bazarı üzrə təhlilçi Elnur Fərzəliyev hesab edir ki, bu şərtlər daxilində ayda 500 manat ipoteka krediti vermək istəyən şəxsin gərək aylıq gəliri 1000 manatdan yuxarı olsun. Çünki minimum 3 nəfərdən ibarət gənc ailənin aylıq yaşayış təminatı 600 manat hesablanacaq. Yerdə qalan məbləğ, yəni 400 manat isə ipoteka üçün kifayət etmir.  Onun sözlərinə görə, güzəştli ipoteka kreditlərini vətəndaşlar üçün əlçatmaz edən mühüm amil Azərbaycanda, xüsusilə paytaxt Bakıda əmlakların qiymətinin kəskin baha olmasıdır: “Hazırda ipoteka predmetinə çevrilə bilən yeni tikili binada 1 otaqlı təmirli və çıxarışlı mənzilin qiyməti 100 min manatdan bahadır. Təbii ki, bu gün 25 illik ipoteka götürən vətəndaş düşünəndə ki, 25 ilin sonunda yalnız 1 otaqlı evə sahib olacaq, o zaman vətəndaşlar bu cür kreditlərdən uzaq durmağa çalışır. Azərbaycanda güzəştli ipoteka faizinin minimum həddi 4-dür, digər ipoteka faizləri 6-8 faiz, bankdaxili ipotekalar isə 10 faizdən başlayır. Belə olan halda ipotekaya mənzil götürən vətəndaş 25-30 ildən sonra bir yox, 2-3 mənzilin qiymətini ödəmiş olur. Nəzərə alsaq ki, bu gün əhalinin əksəriyyətinin maaşı minimum əməkhaqqı səviyyəsindədir, o zaman insanların çoxu sadə ipoteka təkliflərindən belə yararlana bilmir. Nəticədə vətəndaşlar banklardan digər təyinat üzrə kredit götürüb, başqa bir ərazidə ucuz və sənədsiz həyət evi almağa məcbur olurlar”. Bir çox ölkələrdə ipoteka kredit faizlərinin dərəcəsi olduqca aşağğıdır. Məsələn, koronavirus pandemiyası ortaya çıxdıqdan sonra Avropanın ipoteka mənzil bazarında isə vətəndaşlar üçün ciddi güzəştlər tətbiq olunub. Pandemiya nəticəsində mərkəzi banklar tərəfindən faiz dərəcələrinin sıfıra yaxın həddə endirilməsi illik ipoteka faizlərinin də aşağı düşməsinə gətirib çıxarıb. Hazırda Böyük Britaniyada mənzillərin ipoteka ilə satışı illik 1.5 faizdən təklif olunur. İngiltərə Bankı mayın 5-də uçot dərəcəsini 1 faizədək artırdıqdan sonra əhali arasında uzunmüddətli və sabit illik faiz dərəcəsi ilə ipoteka krediti götürmək istəyənlərin sayı artıb. Avropanın ən böyük data analizi və toplama mərkəzi sayılan “Statista”nın məlumatına görə, hazırda Avropa qitəsində ən ucuz illik ipoteka faizi Portuqaliya (0.61%), Danimarka (0.67%) və Finlandiyada (0.72%) müşahidə olunur. Digər ölkələrdə isə bu göstərici 1 faizdən yüksəkdir. Avropada ən böyük illik ipoteka faizləri isə Polşa (4.6%), Macarıstan (4.33%) və Rumıniyadadır (3.68%).

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ