Vergilər Nazirliyində struktur dəyişikliyi həyata keçirilib. Lent.az-ın eksklüziv məlumatına görə, nazirliyin departamentlərindən biri ləğv edilib. Həmin qurumun Vergi Audit Departamenti olduğu bildirilir. Artıq həmin departamentin adı Nazirliyin struktur siyahısından çıxarılıb.
Vergi Auditi Departamentindən Lent.az-a bildirib ki, Vergi Auditi Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib. Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərəcək.