2014-cü ilin yanvar-oktyabr aylarında ABŞ Azərbaycandan 373 min barel neft məhsulları idxal edib. 2013-cü ilin analoji dövründə bu göstərici 336 min barel təşkil edib. Bu barədə Trend ABŞ-ın Dövlət Enerji İnformasiya İdarəsinə (EIA) istinadən məlumat verir.
Oktyabrda ABŞ cəmi 14 min barel neft məhsulları idxal edib. 2013-cü ilin oktyabrında isə bu göstərici 30 min barel idi.
Məlumata görə, idxal edilmiş məhsulların bütün həcmi neft-kimya sənayesində xammal kimi istifadə olunan naftanın payına düşür.
ABŞ 2013-cü ildə Azərbaycandan 366 min barel neft məhsulları idxal etmişdi. 2012-ci ildə bu rəqəm 46 min barel idi.
2009-cu ildən davam edən uzunmüddətli aralıqdan sonra ABŞ inişil Azərbaycandan neft məhsullarının tədarükünü bərpa edib. 2008-ci ildə ABŞ-a 308 min barel Azərbaycan istehsallı neft məhsulları tədarük olunub.