Gələn həftə WTI markalı neftin qiyməti düşməkdə davam edəcək. "APA-Economics”in rbc.ru saytına istinadən verdiyi məlumata görə, "Bloomberg” agentliyinin analitikləri və treyderləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, 32 mütəxəssisdən 18-i gələn həftə neftin qiymətinin düşəcəyi barədə məlumat verib.
Respondentlərin 8 nəfəri neftin bahalaşacağını, 6-sı isə qiymətlərdə qeyri-sabitliyin müşahidə olunacağını proqnozlaşdırıb.
2015-ci ilin ilk hərraclarında dünya üzrə neftin qiyməti 5 il yarım müddətinə minimum həddə çatıb. WTI markalı neftin tədarükü üzrə minimal fyuçers müqavilələrinin dəyəri 1 barelə görə 52,03 dollar, maksimum isə 55,11 dollar təşkil edib. Hərracların yekununda isə WTI neftinin 1 barelinin dəyəri 52,69 dollar olub.