Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilib. "APA-Economics”in məlumatına görə, şirkətin 24 dekabr 2014-cü il tarixli əmri ilə "Azərneftyağ” neft emalı zavodunun 1 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb.
SOCAR-ın kadr, rejim və texnologiyalar üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, NEZ-lərin fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edir və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunur. Bu qərar məhz buna görə qəbul edilib.
"Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq.