"Gələn il neftin qiyməti 80-90 ABŞ dollar ətrafında olacaq”. "APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz yerli "Vatan” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu rəqəm Rusiyanın Qərblə münasibətlərində tutduğu mövqeyindən əl çəkdiyi zaman dəyişə bilər: "Rusiya geri bir addım atdığında, neftin qiyməti 100 dollardan üstün olacaq. Hazırkı qiymətlərə bel bağlayaraq gələcək addımlarımızı planlaşdırmamalıyıq”.