Cümə axşamı günü, 29 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 25.12.2014 / 02:45
Bölmə: İqtisadiyyat
Yollar bizi hara aparmır ki... Dünyanın istənilən yerinə yol vasitəsilə gedirik. Bu dəfə Qaradağa apardı etibarlı yollar məni. Bakının ən böyük rayonu olan Qaradağ bütün göstəricilərinə görə diqqət mərkəzindədir. Xəzərin sahilində salınan və özündə böyük tarixi həqiqəti daşıyan rayon inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb.
Bakının mərkəzindən xeyli aralı yerləşən rayona gediş-gəliş elə də çətin deyil. Məlum olduğu kimi,
Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi isə Lökbatan qəsəbəsidir. Bu rayon ərazisi qədim insan məskəni kimi tarixdə öz yerini tutub. Bundan başqa, bura ta qədimlərdən bir ticarət yeri olub. Təsadüfi deyil ki, Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Bayaq qeyd etdiyimiz kimi, vaxtilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olub və dəvələr bataqlıqlara batdıqlarından, ərazi Lökbatan (dəvə batan) adlandırılıb.
Lökbatan qəsəbəsində olarkən orada qəsəbənin tarixi ilə də maraqlandım. Tarixi mənbələrdən aydın olur ki, Lökbatan qəsəbəsinin əsası 1931-1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov küçəsində qamış tipli evlərdən ibarət olan ilk yaşayış massivi salınıb. Təbii, zaman içərisində orada yaşayış olub, sadəcə, bir az əldən-ayaqdan uzaq olduğu üçün insanlar orada yaşamağa elə də meyl göstərməyib. Ancaq neftin üzə çıxarılması, yeni iş yerlərinin açılması insanları bura cəlb edib. Lökbatan bu gün ən abad qəsəbələrdən biri kimi yüzlərlə insana qucaq açıb. Lökbatan qəsəbəsində həm bina, həm də həyət evləri var. Burada insanların yaşaması üçün hər cür şərait yaradılıb. Bu qəsəbədə həm kənd, həm də şəhər həyatının ətri duyulur. Qəsəbənin həyət evlərində yaşayan sakinləri bildirdi ki, maldarlıqla və qoyunçuluqla məşğul olaraq ailələrini dolandırırlar. Onu da bildirim ki, Lökbatanda yerli sakinlərlə yanaşı, erməni zorakılığına məruz qalan, öz dədə-baba yurdlarından didərgin düşən vətəndaşlarımız da yaşayır. Onlarla söhbətdən məlum oldu ki, yerli icra hakimiyyəti orqanından hər zaman özlərinə hörmət görürlər.
Qaradağ rayonu daim inkişaf edən və öz sosial-iqtisadi göstəricilərinə görə seçilən rayonlardandır. Rayon ərazisində görülən işlər, həyata keçirilən layihələr haqda mütəmadi olaraq rayon rəhbərliyi ictimaiyyətə hesabat verir.
Bu ilin oktyabr ayında Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 08 oktyabr 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini qeyd edib.
Ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonda orta aylıq əməkhaqqı 765,0 manat olub. Cari dövrdə əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülüb. Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilib. Bundan əlavə, «BP-Azərbaycan» Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı «Azfen», «Tekfen» şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatıb və açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılıb (Ümumi sahəsi 3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq. Bütövlükdə, doqquz ay ərzində 1086 yeni iş yeri açılıb.
Hesabatda bildirilir ki, əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli iş görülüb. Belə ki, ötən doqquz ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılıb, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, bu istiqamətdə olan işlər davam etdirilməkdədir. Doqquz ayda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 104 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri 96.8, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilib. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunub. Bununla yanaşı, hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülüb. Belə ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən 45 min p/metr yeni su xətti çəkilib, 4 min p/metr müxtəlif diametrli su xətti dəyişdirilib. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən, bu istiqamətdə işlər davam etdirilir.
Bundan başqa, rayonun bütün qəsəbələrində iməciliklər təşkil edilib. Ərazilər təmizlənib, müxtəlif növlü ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilib. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülüb. Hesabatda vurğulanıb ki, geniş əraziyə malik olan rayonda abadlıq-quruculuq işləri aparılmaqdadır. Qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınır.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılıb və Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının salınması üçün tam hazır vəziyyətə gətirilib. Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib. Eyni zamanda, yararsız vəziyyətdə olan küçələrə 42 min kubmetr çınqıl və daş qırıntıları tökülərək yayılıb, 11 min 224 p/metr beton bordür qoyulub, 4200 p/m səki mişar daşı ilə hörülüb, 15 min 500 kv.metr tamet döşənib. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilib və əhalinin istifadəsinə verilib.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və «Hidrolotos» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kubmetr olan qurğunun tikinti işləri davam etdirilir.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması məqsədilə kanalların çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınıb.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olub. Çeyildağ və Ələt qəsəbələrində isə tikintisi yekunlaşıb və son tamamlama işləri davam etməkdədir. Qaradağ rayonu ərazisində ötən doqquz ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülüb. Belə ki, Dövlət Proqramına əsasən, təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib.
Eyni zamanda, 7 nömrəli Bakı Peşə Məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanıb.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı, Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılıb və tamamlama işləri aparılır.
Müvafiq Dövlət Proqramına əsasən, 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində Mədəniyyət evinin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Eyni zamanda, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası başa çatdırılıb, Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə davam etdirilir.
Hesabat dövründə dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi Rayon İcra hakimiyyətinin diqqət mərkəzində olub.
Dövlət Proqramı çərçivəsində Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir, Sahil qəsəbəsində «Gənclər evi»nin tikintisi başa çatıb. Rayonun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulub. Hesabat dövründə Rayon İcra Hakimiyyətinin cari işlərində dövlət qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının təmin olunması fəaliyyətin əsas istiqamətlərindən birini təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı 165 ədəd az olub.
2014-cü ilin 9 ayında Rayon İcra hakimiyyəti başçısı tərəfindən 481 vətəndaş qəbul edilib, onlardan 303 nəfəri Rayon İcra hakimiyyətində, 178 nəfəri isə yerlərdə görüşlər zamanı səyyar qəbul edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alan 200 nəfərdən çox uşaqları yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunub.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin jurnalistlər üçün keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib
29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi
– onların qol-qıçlarını sındıracağıq...
29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...
29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır"
- Ceyhun Bayramov
29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...
29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
29.10.2026 / 12:11
Ermənistan parlamentində dava
– deputatlar bir-birini yumruqladı...
29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi
29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi
- NATO şərqi Avropadan geri çəkiləcək?..
29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı
29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...
29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər
– Körfəz ölkələrinə xəbərdarlıq edildi...
29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir
– yeni ombudsman seçiləcək...
29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi
- müdaxilə etməyəcəyəm...
29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi
29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək
29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi -
“…yəhudi dövlətinin məhvini istəyirlər”…
28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...
28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır
- Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...
28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...
28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...
28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...
Prezident açdı...
28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...
28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı
- Rizvan QARABAĞLI yazır...
28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi
28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...
28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...
28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- FOTO
28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi -
“…növbəti seçkiyə imkan verməyin”…
28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib
28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı
- FOTO
28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu
– 64 ölü, çox sayda yaralı var...
28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib
- FOTO
28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...
28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi
28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab
- KTMT-yə qayıtmayacağıq...
28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
- FOTO
28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir”
- Əhliman Əmiraslanov
28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı
28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ