Azərbaycana idxal olunan "Premium Euro-95" və "Super Euro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
R.Həsənovun sözlərinə görə, ölkədə Avro-4 standartının tətbiqinə dövlət başçısının göstərişi ilə başlanılıb: "Bu qərar əsasında ölkədə Avro-4 standartına uyğun gəlməyən benzin istehsalı dayandırıldı və hazırda Azərbaycana idxal olunan "Premium Euro-95" və "Super Euro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir”.