Cümə axşamı günü, 29 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 24.12.2014 / 02:57
Bölmə: İqtisadiyyat
Sosial-iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə başa vuran Azərbaycan Respublikası artıq bu gün postsovet məkanında iqtisadi islahat və inkişaf baxımından lider ölkəyə çevrilib. Regionların inkişafına yönələn I (2004-2008-ci illər), II (2009-2013-cü illər) Dövlət Proqramlarının yekunları və nəhayət, III (2014-2018-ci illər) Dövlət Proqramının 9 ayının nəticələrinin təhlili göstərir ki, son 11 il ərzində ölkəmizin makroiqtisadiyyatında regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb.
Sözsüz ki, bu sosial-iqtisadi yüksəlişdə mühüm rol oynayan inzibati ərazi vahidlərindən biri də Nizami rayonudur.
Paytaxtımızın Nizami rayonunun yaradılması ruhu və cismi ilə doğma Azərbaycana, ədəbi irsi ilə bütün dünyaya məxsus olan dahi Nizami Kəncəvinin adını əbədiləşdirmək üçün mərhum Prezident Heydər Əliyevin hələ SSRİ dövründə - 1980-ci ildə milli maraqlarımıza xidmət edən qərarlarından biri idi. Həmin vaxtda N.Kəncəvinin adına çoxsaylı küçə, məktəb, kitabxana, kolxoz və s. qurumlar olsa da, fəqət, bu qərar həm də mütəfəkkiri özününküləşdirmək istəyən bəzi dairələrə tutarlı cavab idi.
Xatırladaq ki, Nizami rayonunun ərazisində fəaliyyət göstərən sənayenin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, son illər rayonda yeni istehsalat müəssisələri yaradılıb və bu sahə daha da genişləndirilib. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bu ilin əvvəlindən başlayaraq, əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Eləcə də "Neftqazelmitədqiqatlayihə" institutunun layihəsi əsasında "Azərkimya" İB-nın Etilen-Polietilen zavoduna verilən quru qaz məhsulunun kükürdlü birləşmələrdən CO və CO2 qazlarından təmizlənməsi məqsədilə amin məhlulu ilə təmizləmə blokunun və doymuş amin məhlulunun regenerasiya qurğusu tikilib. Layihə əsasında "Mayeləşdirilmiş karbohidrogen qazların qəbulu, saxlanması və yüklənməsi kompleksinin tikintisi" obyekti üzrə qazdoldurma estakadasının tikintisinə başlanılıb.
Nizami rayonunda fəaliyyət göstərən "Ulduz" fabriki isə 2001-ci ildə təsis edilib və qida istehsalı üzrə ixtisaslaşıb. Fabrikin əsas fəaliyyət istiqaməti şokolad istehsalıdır. Müəssisə Almaniya və digər aparıcı Avropa ölkələrindən gətirilən, beynəlxalq standartların tələblərinə cavab verən, müasir avadanlıqlarla təchiz olunub. Fabrikin əsas məqsədi keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsal etməkdir. Fabrikdə müxtəlif sahələrdə 500-ə yaxın işçi çalışmaqdadır, onları da 35 faizi Nizami rayon sakinləridir. Nizami rayonunun paytaxt rayonları içərisində ən gənc olmasına baxmayaraq vaxtı ilə burada iqtisadi baxımdan çox önəmli olan sənaye müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələr nəinki Bakı şəhərinin, eləcə də respublikanın iqtisadi potensialının formalaşmasında önəmli rol oynayıb.
Sovet imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra baxımsızlıq ucbatından həmin müəssisələrin əksəriyyəti öz fəaliyyətini dayandırmış və tədricən dağıdılaraq yox dərəcəsinə gətirilmişdi. Rayonun əksər əhalisinin sözügedən müəssisələrdə çalışdığından təbii ki, bu proses əhalinin məşğulluq səviyyəsinə təsirsiz ötüşməmişdi. Lakin ölkədə həyata keçirilən sosial iqtisadi islahatlar, müəyyən edilmiş iqtisadi strategiya Nizami rayonunda da öz bəhrəsini verib. Nəticədə rayonda yeni istehsalat sahələri açılıb, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edilib, istehlakçılara 353,3 milyon manat dəyərində məhsul göndərilib, 295,6 milyon manat həcmində podrat işləri yerinə yetirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yönəldilib, 1003 yeni iş yeri açılıb. Həmçinin, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlərin həyata keçirilib.
Rayonda əhaliyə göstərilən kommunal xidmət sahələrində də ciddi işlər görülməkdədir. Belə ki, rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması və fasilələrin aradan qaldırılması məqsədilə 8-ci kilometr yaşayış sahəsi və Keşlə qəsəbəsində qaz xəttləri dəyişdirilib, 14314 p/m yeni qaz xətti çəkilib. Elektrik enerjisi təchizatının yüksəldilməsi üçün 3 ədəd yarımstansiya quraşdırılıb, 32 transformator daha güclüsü ilə əvəz edilib, 57000 metr hava xəttləri yeni "SİP" kabel xəttləri ilə əvəz edilib. Son vaxtlar Nizami rayonunda daha çox narahatçılıq yaradan hallardan biri də istilik təchizatı məsələsidir ki, bu istiqamətdə də ciddi nailiyyətlər əldə edilib. Belə ki, rayonun 128 yaşayış binasının aşağı paylama istilik sistemləri yenidən qurulub, 370 yaşayış binası, 22 məktəb, 15 uşaq bağçası, 15 səhiyyə müəssisəsi istiliklə təmin olunub. Bununla da Nizami rayonu istilik təchizatına görə, Bakı rayonları arasında birincilər sırasında qərar tutub. Bu vaxta qədər rayonda həlli vacib olan məsələlərdən biri də su-kanalizasiya təsərrüfatı ilə bağlı olub ki, hazırda bu problem də əsasən aradan qaldırılıb. Son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur.
Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Təkcə onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü və maliyyə dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün 50 mənzilli 100 yerlik, valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün 63 mənzilli yaşayış evləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib. Fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" Rabilitasiya Mərkəzinin binası yenidən qurulub. Nizami rayonu yeganə rayondur ki, hər gün təmənnasız olaraq 90-dan artıq kimsəsiz şəxs yeməklə təmin olunur.
Nizami rayonunda idmanın inkişafına da ciddi fikir verilir. Belə ki, rayonda 5 stadion, 6 idman-sağlamlıq kompleksi, ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi gənclərin istifadəsindədir.
Rayonda 65 min tamaşaçı tutumuna malik müasir tipli stadionun - Bakı Olimpiya Stadionunun inşa olunması burada beynəlxalq yarışların keçirilməsinə daha real şərait yaradacaq.
2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının əsas mərkəzi məhz bu rayon olacaq. Rayonun ərazisində "Olimpiya kəndi" də salınır, Milli Gimnastika Arenası tikilir.
Rayonda yeni "8 km Stadionu" və 5 ünvanda mini stadion inşa edilmişdir. Rayon idmançıları yerli və beynəlxalq yarışlarda yüksək nailiyyətlər eldə edirlər. Hazırda Nizami rayonunun müasir mənzərəsində təkcə yeni ictimai-iaşə obyektləri, bir sıra nadir tikililər deyil, yeniləşmiş ərazilər, geniş yaşıllıqlar, müasir yollar və yol qurğuları da diqqəti cəlb edir. Bu baxımdan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş "Koroğlu" stansiyasının yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, gələn il Azərbaycan paytaxtı son dərəcə mötəbər bir idman yarışına - Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu məqsədlə paytaxtımızda ən müasir infrastruktur yaradılıb, möhtəşəm idman qurğuları inşa olunub. Bakının nadir idman qurğularından sayılan Gimnastika Kompleksi məhz Nizami rayonunda yerləşir. Unikallığı ilə diqqət çəkən kompleksin fasad hissəsində quraşdırılmış ən müasir işıqlandırma sistemi gecə saatlarında ətrafda xoş bir mənzərə yaradır, görənləri, sözün əsl mənasında valeh edir. Elə yaxınlıqda salınmış "Atletlər kəndi" də öz möhtəşəmliyi və əzəməti ilə müasir şəhərsalmanın ən nadir nümunələrindən biri kimi diqqət çəkir. Xatırladaq ki, Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşən "Atletlər kəndi" 13 yaşayış binası və yardımçı binalardan ibarətdir.
Ancaq bütün bu inkişafla yanaşı rayonda həlli vacib olan problemlər də var. Güclü yağış yağan kimi Nizami rayonu Keşlə qəsəbəsinin Avromed firmasının mərkəzi ofisinə yaxınlığında olan bütün həyətləri və evləri su basır. Artıq bu vəziyyət davamlı xarakter alıb. Həmin ərazidə yaşayan əhali problemin mərkəzi kollektor xəttinin üzərində müəyyən obyektlərin tikilməsində görür. Düzdür, əhali qeyd edir ki, belə hadisə baş verən kimi ilk olaraq hadisə yerinə İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev özünü yetirir. Ancaq sakinlər obyektivlik naminə bildirir ki, bu problemin həlli "Azərsu" Qapalı Səhmdar Cəmiyyətindən asılıdır. Çünki mərkəzi kollektor xəttini nizama salmaq onların səlahiyyətinə aid olan məsələdir. Buna baxmayaraq, ümid edirik ki, Nizami rayon rəhbərliyi tez bir zamanda bu neqativliyin də aradan qaldırmasına səy göstərəcək.
Məhəmmədəli Qəribli
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib
29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi
– onların qol-qıçlarını sındıracağıq...
29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...
29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır"
- Ceyhun Bayramov
29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...
29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
29.10.2026 / 12:11
Ermənistan parlamentində dava
– deputatlar bir-birini yumruqladı...
29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi
29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi
- NATO şərqi Avropadan geri çəkiləcək?..
29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı
29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...
29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər
– Körfəz ölkələrinə xəbərdarlıq edildi...
29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir
– yeni ombudsman seçiləcək...
29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi
- müdaxilə etməyəcəyəm...
29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi
29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək
29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi -
“…yəhudi dövlətinin məhvini istəyirlər”…
28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...
28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır
- Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...
28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...
28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...
28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...
Prezident açdı...
28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...
28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı
- Rizvan QARABAĞLI yazır...
28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi
28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...
28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...
28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- FOTO
28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi -
“…növbəti seçkiyə imkan verməyin”…
28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib
28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı
- FOTO
28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu
– 64 ölü, çox sayda yaralı var...
28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib
- FOTO
28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...
28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi
28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab
- KTMT-yə qayıtmayacağıq...
28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
- FOTO
28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir”
- Əhliman Əmiraslanov
28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı
28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ