Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image



Xəzər dənizinin 106 kilometrlik sahili boyunca ağuşuna aldığı Qaradağ rayonunda son illərdə Bakının digər rayonları ilə həmahəng şəkildə gedən sürətli inkişafı görmək üçün «çəhrayı eynəklər» taxmağa ehtiyac yoxdur. Son zamanlar ərazisində beynəlxalq əhəmiyyətli tədbirlərin baş tutması ilə gündəmə gələn, Bakının ən böyük və ən qədim sənaye məkanlarından olan bu rayon ölkənin bir sıra iri sənaye müəssisələrinin ərazisində yerləşməsilə hazırda Bakının industriya mərkəzi sayılır.
Üstəlik nəzərə alınsa ki, paytaxt Bakının yeni Baş Planına uyğun olaraq onun genişləndirilməsi məqsədilə mərkəzə yaxın ərazilərdən bir sıra sənaye obyektləri, eləcə də Bakı Dəniz Daşımaları Limanı bura köçürülüb, bu halda rayonun ölkə həyatının istər industrial, istərsə də beynəlxalq daşımaçılıq mərkəzi olaraq əhəmiyyətinin nə dərəcədə artdığını əlavə şərhə ehtiyac olmaz. Rayonun əhəmiyyətini artıran daha bir məqam isə, dediyimiz kimi, son illərdə burada beynəlxalq əhəmiyyətli tədbirlərin baş tutmasıdır. Buna misal olaraq cari il iyunun 14-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun rəhbərlik etdiyi nümayəndə heyətinin Səngəçal Neft Teminalında yerləşən Xəzər Enerji Mərkəzi ilə tanışlıq səfərini xüsusi qeyd etməliyik. Xəzər Enerji Mərkəzi 2005-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinə neft nəql edən Səngəçal Neft Terminalının təntənəli açılış mərasimində Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentlərinin iştirakı ilə yaradılıb. Açıldığı gündən bu günə kimi Mərkəzi ABŞ-ın indiki prezidenti Barak Obama, İsveçrə, Estoniya, Çexiya, Mavritaniya prezidentləri, Türkiyə, Belarus, Litva və Cənubi Koreyanın baş nazirləri, bir çox ölkələrin nazirləri və parlament üzvləri ziyarət edib. Xəzər Enerji Muzeyinin ən üstün cəhəti isə onun bütün Cənubi Qafqazda birinci və hələlik yeganə interaktiv muzey olmasıdır. Azərbaycanın neft sənayesini özündə əks etdirən Muzey məhz bu cəhətilə də ölkədə investisiya mühitini dəyərləndirməkdə marağı olan xarici dövlətlərin rəsmilərinin diqqətini çəkir.
Qaradağ rayonunda baş tutan daha bir beynəlxalq əhəmiyyətli tədbir isə cəmi 3 ay öncə - 20 sentyabr tarixində, «Əsrin müqaviləsi»nin ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə Səngəçal Terminalında «Cənub Qaz Dəhlizi»nin təməlqoyma mərasiminin keçirilməsi oldu. Həmin mərasimə video bağlantı ilə qoşulan avrokomissar Barrozu mərasim iştirakçılarına videomüraciətində «Cənub Qaz Dəhlizi» əsl geosiyasi layihədir və mən əminəm ki, o, XXI əsrin müqaviləsi olacaq» deyə bildirərək, bu gün Azərbaycanın Avropa İttifaqına hər zamankından daha yaxın olduğunu xüsusi qeyd etdi. Bütün bunlar bu rayonun ən yeni tarixinə yazılan önəmli hadisələr olmaqla, həm də Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolunda əldə etdiyi uğurlarda, kiçik də olsa, Qaradağ rayonunun da payının olduğunu deməyə əsas verir.
Ümumiyyətlə, son illər Qaradağ rayonunun özünün genişmiqyaslı inkişaf dövrünü yaşadığı faktdır. Bunun təsdiqini il ərzində ölkə başçısının rayon ərazisinə etdiyi səfərlərdən də görmək mümkündür. Bu səfərlərə misal olaraq təkcə cari il ərzində əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun, «Norm» Sement Zavodunun, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələ çərçivəsində bərə terminalının açılış mərasimlərini göstərə bilərik. Bəlli məsələdir ki, istənilən məqsədli səfəri ərəfəsində ölkə başçısını qarşılamağa hazırlaşan hər bir rayon ciddi abadlıq-quruculuq işlərinə start verir və bu zaman işə kompleks yanaşılması hərtərəfli nəticənin əldə olunmasına gətirir. Bu isə rayonun gündən-günə simasını dəyişməsinə, abadlaşmasına səbəb olan ciddi faktordur ki, Qaradağ rayonunun simasında son illərdə bunun şahidi olmaqdayıq. Yəqin hər kəs mənimlə razılaşar ki, yaxın illərə kimi ölkənin cənub rayonlarından Bakıya gələrkən ən yorucu yol Qaradağ rayonu ərazisindəki bomboz səhralığı xatırladan Umbakı istiqaməti idi. Bu ərazidə həm yol, həm də ətraf ərazi baxımsız olduğundan darıxdırıcı bir mühit yaranır, sanki yol bitmək bilmirdi. Sevindirici haldır ki, bu gün bu hallar barəsində artıq keçmiş zamanda danışırıq. Ümumiyyətlə, son illərdə rayonun infrastrukturunda əsaslı dəyişikliklərin olduğu faktdır. Bunun səbəbidir ki, vaxtilə «əldən-ayaqdan uzaq» rayon təsiri bağışlayan rayon indi istər məskunlaşma səviyyəsinə görə, istərsə də gediş-gəliş baxımından öz əhəmiyyətini əsaslı dərəcədə artırıb. Bunun bir səbəbi də yeni aeroportun tikintisi ilə əlaqədar olaraq «Binə» və «Sədərək» Ticarət mərkəzlərinin sözügedən ərazidən Qaradağ rayonu ərazisinə köçürülməsi olub ki, bununla da bu zamana qədər yalnız sənaye rayonu olaraq tanınan rayon indi həm də iri alış-veriş məkanına çevrilib. Eyni zamanda dünyanın dörd bir tərəfinə yük daşımaları həyata keçirən karqo xidmətinin də burada yerləşməsi rayonun əhəmiyyətini artıran faktorlar sırasında yer alır.
Bütün bunlar, təbii ki, rayonun bu günü ilə bağlı hadisələrdir. Buna qədər isə Qaradağ rayonu çox dönəmlərdən keçməli olub. Belə ki, paytaxtın cənub «qapısı» sayılan rayondan, bir sıra ərazilərimiz kimi, siyasi təlatümlər də yan keçməyib. Bu üzdən də rayon bir neçə dəfə ad dəyişiminə məruz qalıb. Hətta yarandığı tarixdən 1937-ci ilə kimi mənfur erməni bolşevik cəlladlarından olan Mikoyanın adını daşımaq da düşüb bəxtinə. Bundan sonra uzun müddət, adını daşıya biləcəyi görkəmli milli şəxsiyyəti yoxmuş kimi, qeyri-azərbaycanlı Molotovun adını pərçim ediblər ona. Bundan sonra 7 il - 1956-63-cü illərdə Qaradağ rayonu adlansa da, 1963-66-cı illərdə yenə siyasi səbəblərlə bolşevik Əzizbəyovun adını daşımalı olub. 1966-cı ildə, nəhayət, yenidən Qaradağ adına qovuşub.
Rayonun bu adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. İnzibati ərazi vahidliyinə 11 qəsəbə daxil olan rayonun mərkəzi isə Lökbatan şəhərtipli qəsəbəsidir. Lökbatan adının etimoloji mənşəyi indiki Səngəçal və Xocahəsən qəsəbələri arasından vaxtilə karvan yolunun keçməsi ilə əlaqələndirilir. Rəvayətə görə, vaxtilə burada karvan dayanacaqları olub. Ərazi bataqlıq sahə olduğundan, dəvələr burada hərəkət edə bilmir, çox zaman hətta batırmış. O üzdən ərazi Lökbatan (dəvə batan) adını alıb. Qəsəbənin əsası 1931-1934-cü illərdə 45 saylı neft quyusunun fontan vurması ilə qoyulub və burada ilk dəfə neftçilər üçün nəzərdə tutulmuş qamış tipli evlərdən ibarət yaşayış massivi salınıb.
Rayonun ikinci böyük qəsəbəsi Sahil adını daşıyan şəhərtipli qəsəbədir. 1949-cu ildə salınan bu qəsəbənin inşasına isə burada Qaradağ Sement Zavodunun tikintisi səbəb olub. Belə ki, o zaman Keşlə qəsəbəsində fəaliyyət göstərən zavodun Qaradağ Dəmiryol Stansiyasının yaxınlığına köçürülməsi qərara alınıb. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar olaraq ərazinin dənizkənarı hissəsində burada işləyənlər üçün ilk yaşayış evləri tikilib.
Rayonun üçüncü böyük qəsəbəsi olan Putanın yaranması 1910-1920-ci illərə təsadüf edir. Ərazidə zəngin neft quyularının olması buranı iş axtaranlar üçün cəlbedici edirdi və işləmək məqsədilə bura üz tutanların ərazidə məskunlaşması nəticəsində qəsəbənin əsası qoyulur. 1922-1923-cü illərdə Puta artıq sənaye mərkəzi hesab olunurdu. Elə həmin il mayın 7-də ilk partiya yığıncağı keçirilərək Qaradağ rayonunun əsası qoyulur.
Toponimə görə adı «çökəkliklər diyarı» mənasını verən (qobu - çökəklik deməkdir S.S) Qobustan qəsəbəsinin yaranma tarixi isə, maraqlı olmaqla, həm də daha erkən dövrə təsadüf edir. Belə ki, Azərbaycanın neft ixracatçısı kimi tanınmasının ilk işartıları məhz burada özünü göstərib. Hələ 1893-1894-cü illərdə qəsəbənin indiki ərazisində Duvannı stansiyası yaradılaraq, 1901-1905-ci illərdə buradan xaricə ilk neft ixracı həyata keçirilib. 1935-1937-ci illərdə ilk kəşfiyyat neft buruğu işə salınan Qobustan qəsəbəsi 1945-1949-cu illərdə Duvannı adı ilə Hacıqabul rayonunun tərkibində olub. 1950-54-cü illərdə Səngəçal, Ceylidağ, Atbulaq və Ələt qəsəbələrindən ibarət Duvannı rayonu yaradılaraq 1956-cı ildə o zamankı Molotov (Qaradağ) rayonunun tərkibinə verilib. İnzibati ərazi vahidi kimi 1951-ci ildə tanınan, adı qədim tayfa adından götürülən Duvannı qəsəbəsi 1972-ci ildə Qobustan adlandırılıb. Qobustan qəsəbəsi ərazisində eramızdan əvvəl ikinci minillikdə - Daş Dövründə məskunlaşan qədim insanların qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli unikal Dövlət Tarixi Bədii Qoruğu yerləşir. Elə bu da ölkəmizin turizm potensialının artırılmasında önəmli faktor olmaqla rayona xarici qonaqların gəlişinə səbəb olur.
Ümumilikdə 11 qəsəbəni özündə birləşdirən rayonun digər qəsəbələrinin də yaranma tarixi burada müxtəlif təyinatlı sənaye obyektlərinin yaradılması ilə bağlıdır. Yəni hər bir sənaye təyinatlı obyektin işə salınması ilə burada işləyən fəhlələrin məskunlaşması üçün zəruri infrastrukturun yaradılması məsələsi ortaya çıxıb ki, bunun da nəticəsi olaraq bu gün Qaradağ rayonunu təşkil edən qəsəbələrin əsası qoyulub. Yalnız Ümid qəsəbəsi rayonun ən gənc qəsəbəsidir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış evlərinin tikilməsi ilə yaradılıb.
Ümumiyyətlə, Qaradağ rayonu sənaye üçün əlverişli infrastruktura malik olduğundan, Respublika əhəmiyyətli bir çox iri sənaye müəssisələri məhz bu rayonda yerləşir. Təsadüfi deyil ki, rayonun ərazisində, 22-si iri müəssisə olmaqla, 90 sənaye müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, son illərdə paytaxtın yeni Baş Planına əsasən Bakının cənuba doğru genişləndirilməsi ilə əlaqədar olaraq mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən bir çox iri sənaye obyektləri də Qaradağ rayonu ərazisinə köçürülüb ki, bunlara misal olaraq son illərə qədər Bakı buxtasında fəaliyyət göstərən Gəmiqayırma Zavodunu, Bakı Limanını göstərə bilərik. Bu köçürülmələr isə paytaxtın mərkəzi hissəsinin abadlaşdırılması, eyni zamanda sıxlığın aradan qaldırılması məqsədi daşısa da, istər köçürülən obyektin, istərsə də onun köçürüldüyü ərazinin həyatına müsbət mənada təsirsiz ötüşmür. Belə ki, mərkəzə yaxın ərazilərdə illərlə, hətta on illərlə fəaliyyət göstərən obyekt daha müasir dizaynla və dövrün tələblərinə uyğun inşa olunmaqla əməkçi qüvvənin iş şəraitinin yaxşılaşmasına səbəb olduğu kimi, onun köçürüldüyü ərazinin də müvafiq infrastruktur yaradılmaqla abadlaşmasına gətirir ki, nəticədə ümumən rayonun siması dəyişir, burada daha ürəkaçan mənzərə yaranır. Bu istiqamətdə işlərin davamlı xarakter alması isə düşünməyə əsas verir ki, Qaradağ rayonu hələ bundan sonra da neçə-neçə böyük layihələrə imza atacaq və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edəcək. Bu hələ yolun başlanğıcıdır - sağlıq olsun...

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ