Cümə axşamı günü, 29 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 23.12.2014 / 03:34
Bölmə: İqtisadiyyat
Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan sosial-iqtisadi islahatlar ölkə Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan Respublikasının inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasında olması tamamilə qanunauyğundur. Artıq keçid dövrünün başa çatdığı indiki şəraitdə ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub.
İndi sosial-iqtisadi sahədə yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və dünya sisteminə səmərəli inteqrasiyasına nail olmaq, davamlı sosial-iqtisadi inkişafı təmin etməkdir.
Qeyd edək ki, mövcud inkişafın ölkə iqtisadiyyatına 60 milyard dollardan artıq zərər vuran işğal şəraitində baş verməsi həm də müxtəlif müddətdə dövlət proqramlarının vaxtında və layiqincə yerinə yetirilməsindən xəbər verir. İnkişafın Azərbaycan modelini reallaşdıran bu proqramlardan regionların, Bakı şəhəri və onun rayonlarının tərəqqisinə yönələn dövlət proqramlarını xüsusilə qeyd etmək lazımdır. Sözsüz ki, bu proqramların icra olunmasında inzibati ərazi vahidi kimi, Nizami rayonunun da əməyi böyükdür.
Nizami rayonu hazırda Bakı şəhərinin inkişaf etmiş sosial-iqtisadi, biznes, təhsil, inzibati mərkəzlərə və müxtəlif təyinatlı infrastruktura malik ərazi vahidlərindən biridir.
Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Məncə, bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-nin apardığı məqsədyönlü siyasətdir desək, yanılmarıq. Rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri və xidmət sektoru mühüm rol oynayır. Hazırda burada «Bakı Yağ Qida» fabriki, dəmir-beton məmulatları istehsal edən «Azərtunelmetrotikinti» SC-nin DBK zavodu, «Körpü Tunel» ATSC, neft məhsulları istehsal edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, müxtəlif növ şokolad məmulatları istehsal edən «Ulduz» şokolad fabriki və s. istehsal müəssisələri fəaliyyət göstərir.
Vurğulayaq ki, istehsal gücü saatda 3,2 tondan çox olan «Ulduz» şokolad fabriki ildə 28 min ton şokolad və karamel istehsal etmək potensialına malikdir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Azərbaycanın 1977-ci ildə istehsal etdiyi bütün qənnadı növünün 45 faizi (!) deməkdir. Müəssisə 2014-ci ildən daha iki yeni xəttin işə salınması ilə əlaqədar fəaliyyət sahəsini daha da genişləndirib. 600 nəfərin işlədiyi «Ulduz» şokolad fabriki məhsullarını xarici ölkələrə uğurla ixrac edir. Burada işçilər üçün hər cür şərait yaradılıb. İşçilər iş vaxtı çay və yeməklə, işə gəlib-getmək üçün nəqliyyatla, xüsusi iş geyimləri ilə təmin edilib. Fabrikdə işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar mütəmadi tibbi müayinədən keçirilir.
Bakı şəhəri və rayonların hərtərəfli inkişaf etdirilməsi üzrə dövlət proqramlarını uğurla həyata keçirən Nizami Rayon İcra Hakimiyyətinin fəaliyyəti əsasən sosialyönlüdür. Və bu tamamilə təbiidir. Çünki müstəqil Azərbaycan dövlətinin əsas prioriteti xalqa xidmət etmək - ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini yüksəltmək, yeni iş yerləri açmaq, vətəndaşların sağlamlığının keşiyində dayanmaq, elm, maarif və təhsilin keyfiyyətini yüksəltmək, quruculuq-abadlıq işləri aparmaq və yaşıllıqlar salmaq, minimum əməkhaqqı məbləğini artırmaq və s. tədbirləri davamlı həyata keçirməkdir.
Fəaliyyətini bu istiqamətdə quran Nizami RİH, keçən illərdə olduğu kimi, bu ilin 9 ayı ərzində də yeni uğurlara imza atıb. Belə ki, cari ilin yanvar - sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edilib, istehlakçılara 353,3 milyon manatlıq məhsul göndərilib. 2014-cü ilin son 9 ayı ərzində 295,6 milyon manat həcmində podrat işlər yerinə yetirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yatırılıb. Rayonda cari ilin 3 rübündə 1003 yeni iş yeri açılıb.
2014-cü ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında əsaslı təmir, yenidənqurma işləri, eləcə də həmin obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaq və gənclərin dünyagörüşünün formalaşdırılması, asudə vaxtın səmərəli və maraqlı təşkili, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əlaqə qurub.
Rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi və Əmək Yarmarkası sakinlərin işlə təmin olunmasında müəyyən uğurlar qazanıb. Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial məişət xidməti sektorunda tənha və kimsəsiz qocalara, əlillərə evlərində mütəmadi sosial və məişət xidməti göstərilir. Təqdirəlayiq haldır ki, bu xeyirxah işdə yerli bələdiyyələr də fəal iştirak edir.
Hər il 1 oktyabr tarixində isə bilavasitə rayon İH-nin təşkilatçılığı ilə Heydər bağı park-bulvarda Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllar arasında stolüstü oyunlar keçirilir, iştirakçıların hamısı mükafatlandırılır.
Bu il rayonun tədris müəssisələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müəllim-şagird heyətinə optimal şəraitin yaradılması, təhsilin keyfiyyətinin artırılmasında da uğurlar qazanılıb. 220 saylı məktəb-lisey Avropa Şurasının ölkələrarası əməkdaşlıq layihəsinə qoşulub. Bu il rayonun bir sıra təhsil işçiləri Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim» fəxri adına və «Tərəqqi» medalına layiq görülüb. Həmin xidmətkarlar Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Rayon ərazisində yerləşən tibb müəssisələri davamlı olaraq əhaliyə tibbi xidmət göstərir ki, bu da bir sıra infeksion xəstəliklərin sayını kəskin surətdə azaldıb. Keçən ilin noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fond tərəfindən E.Süleymanov küçəsi 120 a ünvanında inşa edilən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılması isə rayonun ictimai həyatında mühüm hadisələrdən biri kimi yadda qalıb.
Rayonda su, qaz, kanalizasiya, işıq və istilik təsərrüfatlarının işi yaxşılaşdırılıb.
Ordu sıralarına çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlər, hər il olduğu kimi, bu il də rayon İH-nin daim nəzarəti və diqqət mərkəzindədir. Belə ki, hesabat dövründə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu idarəsinə verilən plan-tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib.
Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etməsi üçün «qaynar xətt» - 422-10-01 nömrəli telefondan istifadə olunur. RİH-nin elektron saytı bu əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. Bununla yanaşı, İH sakinlərin qəbuluna da xüsusi diqqət ayırır. Mövcud problemlərin, sakinlərin sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə RİH başçısının sakinlərlə səyyar görüşləri keçirilir.
Nizami RİH ölkə KİV-i ilə sıx əməkdaşlıq edən azsaylı yerli icra orqanlarından biridir. Bunu İH-nin «Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda keçirilən konfransları da sübut edir.
Həlli gözlənilən işlər
Göründüyü kimi, sadalanan və sadalanmayan xeyirxah işlər Nizami Rİ-nin son 4-6 ildəki uğurlarıdır. Ərazidəki park, istirahət yerləri, yaşıllıq zolaqları, abadlıq-quruculuq işləri sakinlərlə yanaşı, biz jurnalistləri də sevindirir. Təqdir olunası haldır ki, rayon rahbərliyi görülən işlərlə kifayətlənməyib, hər hesabatında problem və nöqsanların həll edilməsi yollarını gəstərir. Biz artıq hər hesabatdan sonra bu nöqsanların həll olunduğunu görürük. Ərazini gəzərkən bu nöqsan və problemlərin bəziləri ilə biz də əyani tanış olduq. Belə ki, Keşlə dəmir yolu istiqamətində yerləşən bəzi sənədsiz yaşayış binalarının taleyi hələ də açıq qalmaqdadır. Nizami rayonunda bəzi küçələrin, məsələn, müxtəlif saylı 10-a yaxın Köndələn və Uzununa adlı küçələrin adlarının dəyişdirilməsinə də ehtiyac var. Qeyd edək ki, bu küçələrin adlarının dəyişdirilməsi elə bir vəsait də tələb etmir. Rayonun kanalizasiya sisteminin yaxşılaşdırılmasına da ehtiyac var.
Lakin bu nöqsanlar RİH-nin məqsədyönlü, davamlı fəaliyyətinə, görülən abadlıq-quruculuq işlərinə heç vəchlə kölgə sala bilməz. Şübhəsiz ki, bu nöqsanları hamıdan daha çox rayon rəhbərliyi görür, bilir və ümidvarıq ki, İH yaxın vaxtlarda bu problemləri də uğurla həll edəcək. Bu inam RİH-nin yaxın perspektivdə hədəflədiyi işlərə start verməsindən doğur.
Perspektivlər
RİH bu ilin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri yekunlaşdırmaq üzrədir. Qeyd edək ki, bu işlərin bəziləri ümumşəhər infrastrukturu ilə əlaqəlidir.
Məsələn, yaxın gələcəkdə ölkə neftayırma sənayesinin flaqmanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun paytaxtdan kənarda salınması kimi obyektlər. Qeyd edək ki, bu müəssisənin paytaxtdan köçürülməsi həm Bakı şəhərinin, həm də Nizami rayonunun ekologiyasına müsbət təsir göstərəcək. Qeyd edək ki, son tamamlama işləri yekunlaşdırılan beynəlxalq əhəmiyyətli Bakı Olimpiya Stadionunun Nizami rayonunda yerləşməsi rayonun idman tarixində yaddaqalan hadisə olacaq.
Rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əhaliyə müxtəlif növ sosial xidmətlərin təqdim edilməsi istiqamətində gördüyü tədbirlər də tamamlanmaq üzrədir.
Beləliklə, Nizami rayonundakı sosial-iqtisadi inkişafla əyani tanışlığımız, rastlaşdığımız problemlərin İH-nin diqqət mərkəzində olması və perspektivə hədəflənən səylər göstərir ki, bu rayon müstəqil Azərbaycanın inkişafı naminə layiqli töhfələr verəcək. Və jurnalist olaraq biz də əminik ki, Nizami Rİh, keçən illərdə olduğu kimi, bu il də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu məsul işlərlə yanaşı, Rayon İcra Hakimiyyəti hazırda Prezident İlham Əliyevin tapşırığı ilə «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən görüləcək işlərlə məşğuldur. Bu məsul və şərəfli vəzifənin yerinə yetirilməsində Rayon İcra hakimiyyətinə uğurlar arzulayırıq.
Namiq QULİYEV
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib
29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi
– onların qol-qıçlarını sındıracağıq...
29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...
29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır"
- Ceyhun Bayramov
29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...
29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
29.10.2026 / 12:11
Ermənistan parlamentində dava
– deputatlar bir-birini yumruqladı...
29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi
29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi
- NATO şərqi Avropadan geri çəkiləcək?..
29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı
29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...
29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər
– Körfəz ölkələrinə xəbərdarlıq edildi...
29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir
– yeni ombudsman seçiləcək...
29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi
- müdaxilə etməyəcəyəm...
29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi
29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək
29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi -
“…yəhudi dövlətinin məhvini istəyirlər”…
28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...
28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır
- Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...
28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...
28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...
28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...
Prezident açdı...
28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...
28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı
- Rizvan QARABAĞLI yazır...
28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi
28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...
28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...
28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- FOTO
28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi -
“…növbəti seçkiyə imkan verməyin”…
28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib
28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı
- FOTO
28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu
– 64 ölü, çox sayda yaralı var...
28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib
- FOTO
28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...
28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi
28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab
- KTMT-yə qayıtmayacağıq...
28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
- FOTO
28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir”
- Əhliman Əmiraslanov
28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı
28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ