İsraildə ötən gün keçirilən parlament seçkilərində səslərin 96%-i sayılıb. Baki-xbe.com xəbər beror ki, seçkilərdə baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ yönümlü "Likud" partiyası cüzi üstünlüklə öz əsas rəqibi müxalif "Kaxol-Lavan"a qalib gəlib.
"Reuters" yazır ki, Netanyahunun partiyası Knessetdə 37, onun əsas rəqibi Benni Hansın rəhbərlik etdiyi müxalifət partiyası 36 yer alacaq. Fələstinlə iki dövlətli həll yolunu dəstəkləyən partiyalar isə yalnız 18 yer qazana silib.
Agentlik qeyd edir ki, Netanyahunun partiyasının hakim koalisiya yaratmaq şansları olduqca yüksəkdir.