Fransada mərkəz sağçı Respublikaçılar Partiyasının parlament qrupunun sədr müavini Kristian Yakob ölkə prezidenti Emmanuel Makronu sərt təqid edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Kristian Yakob Makronun fransızların etimad, hörmətini itdiyini və yeni seçki keçirmək lazım gəldiyini deyib.
Yakob Macronun vəzifəyə gəldiyi gündən apardığı siyasəti tənqid edərək deyib: “Makron əhəmiyyətli dəyişikliklər aparmağı qarşısına məqsəd qoydu, ancaq bacarmadı, ölkəni daha pis vəziyyətə saldı və fransızların ona etimad və hörmətini itirdi.
Seçki prezident və hökumətin legitimliyini göstərən yeganə yoldur. Bu səbəbdən yeni prezident seçkisi keçirilməlidir.”