Səudiyyə Ərəbistanı "Ərəb NATO"-su olaraq adlandırılan "Strateji Orta Şərq Paktı" yaradılması işinə başlayıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (SPA), rəsmi Ər-Riyadın bu istiqamətdə ilk addımlarını atdığını da yazır. Agentlik, Səudiyyənin bu çərçivədə ABŞ və Ərəb ölkələri arasında təşkil olunan toplantıya ev sahibliyi etdiyini bildirir.
Bir neçə gün əvvəl Ər-Riyadda keçirilən toplantıya ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Küveyt, Oman Sultanlığı, İordaniya və Qətərdən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. İştirakçıların ad və tutduğu vəzifələri barədə məlumat verilmir.
Toplantının, regionda və dünyada sabitlik və təhlükəsizliyin gücləndirilməsini istəyən bir paktın yaranması istiqamətində atılan bir addım kimi dəyərləndirilir.
Ərəb dünyasında "Ərəb NATO"su kimi tanınan sözügedən strateji birliyin 2017-vi ilin avqust ayında Ər-Ryadda keçirilən Avropa-ABŞ zirvə toplantısının nəticələrindən biri olduğu ifadə edilib.