Liviyada general Xəlifə Haftara sadiq qüvvələrə aid döyüş təyyarələri Milli Həmrəylik Hökumətinin nəzarətinə keçən Tripoli beynəlxalq hava limanını vurub.
General Xəlifə Haftara sadiq qüvvələr paytaxta nəzarəti ələ keçirmək üçün hücumları davam etdirir.
Liviyanın BMT tərəfindən dəstəklənən baş naziri Fayez Sərrac Haftar tərəfindən atılmış addımın dövlət çevrilişi kimi tanınmasına çağırıb. Haftar və onun hərbi qüvələri paytaxt ətrafındakı ərazilərdə üstünlüyə nail olub. Lakin Sarrac bildirib ki, hökumət qüvvələri onlara müqavimət göstərməyə hazırdır.
ABŞ qüvvələrinin Afrikadakı komandanlığı ölkədə hərbi əməliyyatlar fonunda Liviyadakı qüvvələrini bu ölkədən müvəqqəti çıxarıb. ABŞ diplomatik misssiyalar və əks-terror əməliyyatlarına dəstək, eləcə də regional təhlükəsizliyin gücləndirilməsi məqsədilə Liviyada az sayda hərbi qüvvə saxlayırdı.