İranın Milli Təhlükəsizlik üzr Ali Şurası ABŞ Hərbi Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil edib. Baki-xeber.com xəbər verir ki, Tehranan bu qərarı, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsinə cavab olaraq verib.
Bununla bağlı rəsmi açıqlamada, ABŞ hökuməti “terrorun dəstəkçisi” kimi xarakterizə edilir, CENTCOM-a bağlı qurumların da terror təşkilatları siyahısına daxil edildiyi vurğulanır.
Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə prezidenti Həsən Ruhanini ABŞ SQ-ni terror təşkilatları siyahısına əlavə etməyə çağırmışdı.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib. Tramp bu qərarla, Birləşmiş Ştatlar ilk dəfə başqa bir ölkənin ordusunu terror təşkilatları siyahısına salmış oldu.