ABŞ prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Baki-xeber.com xəbər verir ki, bu qərarla, Birləşmiş Ştatlar ilk dəfə başqa bir ölkənin ordusunu terror təşkilatları siyahısına salmış oldu.
Tramp bununla bağlı bəyanatında bildirb ki, İslam İnqilabı Keşikçiləri Korpusu İran hökumətinin qlobal terror kampaniyasını yönəltmək və həyata keçirməsi üçün əsas vasitəsidir. ABŞ prezidenti bildirib ki, qrupun terrorçu təşkilat kimi tanınması İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görmək, ya da ona dəstək göstərməyin risqlərini aydınlaşdırı. “Əgər siz İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görürsünüzsə, siz terrorizmi maliyyələşdirirsiniz” - Tramp bildirib.
Tənqidçilər bunun ABŞ hərbi qüvvələri və kəşfiyyat rəsmilərinə münasibətdə qeyri-dost hökumətlər tərəfindən eyni addımın atılmasına gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edir. Birləşmiş Ştatlar İnqilab Keşikçiləri Korpusu ilə əlaqələri olan onlarla qrup və şəxsin adını qara siyahıya salsa da, indiyə qədər bu addımı bütünlüklə qrupa qarşı tətbiq etməmişdi.