Rusiya, general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna Tripoliyə hücumu dayandırmaq çağırışı edən BMT Təhlükəsizlik Şurasının açıqlamasına veto qoyub.
Baki-xeber.com xəbər verir ki, Haftarın ordusunun Tripoliyə hücumu ilə bağlı BMT TŞ-nin 15 üzvünün iştirak etdiyi görüşdə Böyük Britaniya rəsmi açıqlama qəbul edilməsini təklif edib.
Açıqlama mətnində Haftara bağlı qüvvələrə bütün hərbi əməliyyatları dayandırmaq və ölkədəki bütün qüvvələrə gərginliyi azaltmaq çağırışı edilməsi nəzərdə tutulur.
Ancaq Rusiya tərəfi açıqlamada dəyişiklik edilməsini və sadəcə general Haftara deyil, bütün qüvvələrə hərbi əməliyyatları dayandırmaq çağırışı edilməsini tələb edib. ABŞ isə Rusiyanın bu tələbini rədd edib. Böyük Britaniyanın rəsmi bəyannaməsi Rusiyanın veto etməsinə görə qəbul edilməyib.