Liviyada, Tobruk mərkəzli hökumət tərəfindən dəstəklənən general Xəlifə Haftara tabe qüvvələr paytaxt Tripoliyə hücumda hərbi təyyarələrdən də istifadə etməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, ordu sözçüsü Ahmed al-Mismari, Haftara tabe qüvvələrin Tripoliyə hücumda hava qüvvələrindən istifadə etdiyini deyib.
Haftarın ordusu qırıcılarla Tripoli hava limanının ətrafındakı hökumət qüvvələrini vurub.
Mismari, "paytaxta hücum qərarının verilməsində Səudiyyə Ərəbistanının rolu" iddialarının doğru olmadığını deyib.
Qeyd edək ki, Haftarın, martın 27-də Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanla görüşdən, qısa müddət sonra Tripoliyə hücuma başlaması diqqət çəkir.