Türkiyə Ali Seçki Komissiyası Ankaranın 13 rayonunda səslərin yenidən sayılması ilə bağlı AKP-nin tələbəni rədd edib.
Baki-xeber.com xəbər verir ki, hakim partiyanın Ankaranın 25 rayonunda şəhər bələdiyyə sədri seçkilərində verilən səslərin yenidən sayılması tələbinə cavab verib.
Ali Seçki Komissiyası 25 rayonla bağlı etirazların 13-nü rədd edib. Qalan 12 rayonla bağlı isə hələlik qərar verilməyib.