Danimarka NATO-ya göndərməli olduğu 700 əsgəri 2 ildir alyansın sərəncamına göndərmir.
Baki-xeber.com xəbər verir ki, bu barədə “Berlingske” nəşri yazıb.
Qəzet hərbi mənbələrə istinadən, ordudakı 6 min əsgərin bir çox tapşırığı öhdəsinə götürdüyü üçün yorulduğunu və buna görə də NATO-ya əsgər göndərilmədiyini bildirir.
Ekspertlər isə Danimarka Silahlı Qüvvələrinə, əsgərlərin həddən artıq yüklənməsinə görə, vəzifələrini yerinə yetirə bilməməsinin gələcəkdə uzunmüddətli personal çatışmazlığına səbəb olacağına dair xəbərdarlıq edib.