Liviya paytaxtı Tripoli ətrafında general Xəlifə Hafterin ordusu ilə Milli Barışıq Hökuməti qoşulanlar arasında şiddətli qarşıdurmalar başlayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tripolinin cənub cəbhəsi ilə şəhərin mərkəz hissələrində ilk dəfə silah atəşi eşidilir.
Toqquşmalar Milli Barışıq Hökumətinə bağlı silahlı birləşmələrin, paytaxtın şərqindəki Misrata şəhərindən Tripoliyə gəlməsindən bir neçə saat sonra başlayıb. Yerli media, qarşıdurmaların, Hafterə bağlı qüvvələrin dünən ələ keçirdiyi və 2014-cü ildən bağlı olan Tripoli Beynəlxalq Hava Limanı yaxınlığında başladığını deyir.
Ölkədəki vəziyyəti diqqətlə izlədiyi bildirən ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) Liviyadakı personalın müvəqqəti olaraq çıxarıldığını açıqlayıb.
Qeyd edək ki, "Əl Cəzirə" televiziyası Liviya hökumətinin hərbi dəstələrinə məxsus döyüş aviasiyası Liviya Milli Ordusuna aviazərbələr endirdiyi haqda məlumat yayıb. Aviazərbələr Liviya Milli Ordusunun Tripolidən 80 kilometr cənubdakı mövqelərinə endirilib.
Qeyd edək ki, bundan öncə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripoliyə hücum edib.