Yunanıstanın şimal sərhədində polislə miqrantlar arasında qarşıdurma olub. Baki-xeber.com xəbər verir ki, sosial mediada Avropa sərhədlərinin qaçqınlara açılacağı xəbərlərindən sonra, qonşu ölkələrə keçib, ordan da şimali Avropaya üz tutmaq istəyən miqrantların qarşısını polis alıb.
Aralarında qadın və uşaqların da olduğu 500 mindən çox miqrant Şimali Makedoniya ilə sərhədə yaxın yerləşən Diavata miqrant düşərgəsinin ətrafındakı əraziyə gəlib və orada çadırlar qurub.
Polisin mühafizə etdiyi ərazidə 100-ə yaxın çadır quraşdırılıb. İnsanlar yerləşdirmə mərkəzlərinə geri dönmələrinə dair çağırışları və yola davam etmələrinin mümkün olmayacağına dair xəbərdarlıqlara baxmayaraq ərazini tərk etməyi rədd edib.
Polis sərhədi keçməyə çalışanlara gözyaşardıcı qazı və səs bombası ilə müdaxilə edib, miqrantlar isə polisə daş və dəyənəklərlə cavab veriblər. Uşaqlar da gözyaşardıcı qazdan təsirlənibər.
Polisin bu cur davranışı sosial şəbəkələrdə ciddi tənqidə səbəb olub.