Böyük Britaniya Avropa İttifaqından ayrılma prosesi əlaqədar böhranı aşmağa çalışır. Baki-xeber.com xəbər verir ki, olduqca qarmaqarışıq olan məsələ daha da həll edilməz vəziyyətə gəlib.
“Brexit”lə bağı yaşanan olaylar ingilis pasportlarına da sıçrayıb. Belə ki, əvvəllər çıxarılan pasportların üzərində olan Avropa İttifaqı ifadəsinin, martın 30-dan sonra çıxarılan pasportlarda istifadə edilmədiyi məlum olub.
Britaniyanın Aİ-dən ayrılma prosesi, əgər hər şey normal getsəydi ölkə 30 martda Aİ-dən ayrılacaqdı. Ancaq bu baş tutmadı. Bu səbəbdən Britaniya rəsmi olaraq hələ Aİ-dən ayrılmayıb və “Brexit” reallaşmadan pasportlardan Avropa Birliyi ifadəsinin çıxarılması ciddi müzakirələrə səbəb olub.