Rusiyanın nəhəng iş adamları ABŞ sanksiyalarından ciddi ziyan çəkməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, rus milyarderlər artıq yeni sanksiyalar nəticəsində 16 milyard dollar itirib. “Bloomberg” bu səbəbdən ötən bazar ertəsini Rusiya biznesmenləri üçün “ağrılı gün” adlandırıb. Belə ki, nəşrin xəbərinə görə, “Norilsk nikeli” şirkətinin direktoru Vladimir Potanin 2,25 mlrd. dollar, “LUKoil” sahibi Vahid Ələkbərov 1,37 mlrd. dollar, “Renova” Şirkətlər qrupundan Viktor Vekselber 1,28 mlrd. dollar və digərləri külli miqdarda ziyan görüb.
“Forbes” jurnalı isə Rusiya milyarderlərinin finans itkisini 12 milyard dollar civarında göstərib.
Xatırladaq ki, aprelin 6-dan ABŞ Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqinə start verib. Vaşinqtonun “qara siyahısı”na isə 38 rusiyalı və onların nəzarətində olan şirkətlər düşüb.