Ağ Evdə Əsəd ordusunun kimyasal hücumu ilə bağlı düzənlənən toplantının ardından ABŞ Suriya sahillərinə azı bir raket esminesi göndərib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Wall Street Journal” yazır. Nəşrin xəbərinə görə, bazar ertəsi prezident Tramp Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Vaşinqtonun kimyasal hücumda məsul tutduğu Suriya rəhbərliyinə qarşı güc tətbiqinin mümkün variantları müzakirə edilib.
Xatırladaq ki, daha öncə Tramp Dəməşqlə bağlı “bir sıra hərbi variantların” nəzərdən keçirildiyini bildirib. Rusiya Federasiyasının BMT yanında daimi nümayəndəsi isə, Suriyada güc variantına əl atarsa, ABŞ-ın “çox ağır nəticələrlə” üz-üzə qalacağını deyib.
Onu da bildirək ki, aprelin 7-də bir sıra könüllü hərbi birliklər, o cümlədən Suriyanın “Bəyaq kaskalılar” xalq özünümüdafiə dəstəsi Əsəd rejiminin dinc əhaliyə qarşı kimyasal hücum düzənlədiyi barədə həyəcan təbili çalıb. Rusiya Müdafiə Nazirliyi isə xəbərə sərt təpki verərək bunu “informasiya atışı” adlandırıb.