Bazar ertəsi günü, 21 sentyabr 2026
     

ABŞ və Rusiya Suriyada böyük müharibənin bir addımlığında... Əsədi bitirməyə hazırlaşan ABŞ gəmiləri və təyyarələri Rusiyanın hədəfində...

Image


ABŞ-la Rusiya Suriyada hər an toqquşa bilər. Xüsusilə Rusiyanın himayəçilik etdiyi Bəşər Əsəd rejiminin Şərqi Qutada, ardınca Dumada dinc insanlara qarşı zəhərli qazdan istifadə etməsi gözlənilən toqquşma təhlükəsini daha da artırıb. ABŞ-dan gələn son açıqlamalardan da görünür ki, Vaşinqon hər an rejimə qarşı hərbi əməliyyatlara başlaya bilər.

Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya məsələsini müzakirə etmək üçün Ağ Evdə prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə bir araya gələcək. ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl, Suriya ilə bağlı bütün variantların masada olduğunu deyib. "Suriyadakı dəhşətli hücumu qınayıram. Suriyada insanlığa qarşı cinayət işlənir, buna icazə verməyəcəyik. Vəziyyəti hərbi liderlərlə müzakirə edirik, 24-48 saat ərzində mühüm qərarlar verəcəyik" - deyə Tramp bildirib.

Tramp rusiyalı həmkarı Vladimir Putini və İranı Suriyada zəhərli hücumun baş verməsinə imkan yaratmaqda günahlandırıb. Tramp Rusiya və İranı Əsədi müdafiə etməkdə və onun qoşunlarının həyata keçirdiyi zorakılıqlara imkan verməkdə ittiham edib. Tramp hücumu “xəstəlik” və “beyinsizlik” adlandırıb və onların buna görə ağır bədəl ödəyəcəklərinə söz verib.

ABŞ dövlət başçısı Suriya, Rusiya, İran və ya hər üçünün birgə olmasından asılı olmayaraq, onlara necə cavab veriləcəyinə qərar veriləcəyini deyib. ABŞ prezidenti Birləşmiş Ştatların hansı şəkildə cavab verəcəyi haqda bir söz deməyib. Lakin ABŞ-ın daxili təhlükəsizlik və əks-terror məsələləri üzrə müşaviri Tomas Bossert bildirib ki, “mən masa üzərində heç bir variantı istisna etməzdim”.

Bundan əvvəl isə Pentaqon rəhbəri Ceyms Mattis Suriyaya hərbi müdaxiləni istisna etmədiklərini deyib. Nazir bildirib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd rejiminə qarşı hava zərbələrini istisna etmir.

Proseslərin gedişi də göstərir ki, ABŞ-ın Əsəd rejimini vurması qaçılmaz olacaq. Çünki Vaşinqtondan gələn açıqlamalarla yanaşı ABŞ artıq hərbi hazırlıqlara da başlayıb. Məlumatlara görə, 60 “Tomahawk” raketi daşıyan bir ABŞ destroyeri, Kiprin Larnaka limanından ayrılaraq Suriya sahillərinə yaxınlaşmağa başlayıb. Raket gəmisinin Tartus hərbi hava bazasının 100 kilometrliyində olduğu bildirilir. Bölgədəki Rusiya təyyarələri isə 4 dəfə alçaqdan uçaraq Suriya sularına girən gəmiyə yaxınlaşıb.

Rusiya da Suriyadakı hərbi qüvvələrini raket hücumuna və ya ABŞ-ın digər müdaxilələrinə qarşı hazır vəziyyətə gətirib. Bölgədəki S-400 raketdən müdafiə sistemləri də işə salınıb. MİQ-31 qırıcı təyyarələri 24 saat boyunca uçuşlar keçirirlər.

Əsəd rejiminin 20 kritik bölgə və hərbi bazalarının ABŞ raketlərinin hədəfində olduğu xəbər verilir. Sözügedən bazaların bəzilərində Rusiya hərbçilərinin olduğu bildirilir. Məhz buna görə, ABŞ-ın rus əsgərləri olmayan bölgələri hədəf alacağı təxmin edilir. Bununla belə Suriyadakı bütün Rusiya hərbi bazaları gözlənilən təhlükəyə qarşı hazır vəziyyətə gətirilib. ABŞ-ın mümkün müdaxiləsinə qarşı, bölgədəki ABŞ donanmasına məxsus gəmilər və təyyarələrin Rusiya tərəfindən hədəf alınacağı iddia edilir.

ABŞ-ın, Əsəd rejimini Aralıq dənizindəki gəmilərdən vura biləcəyi təxmin edilir. Qeyd edilir ki, ABŞ bununla, həm Rusiya, həm də İrana cavab vermək istəyir.

Rusiyanın "Kommersant" qəzeti də mümkün hücumun Rusiya ilə ABŞ arasında hərbi münaqişəyə gətirib çıxara biləcəyini yazır. Bundan əvvəl də Moskva bölgədəki rus əsgərləri üçün hər hansı bir təhlükə yaranarsa buna dərhal qarşılıq verəcəklərini bəyan etmişdi.

Qeyd edək ki, dünən İsrailin iki hərbi təyyarəsi Livanın hava məkanından Suriyanın hərbi hava bazasına hücum edib. Ancaq İsrail ordusu Homs vilayətindəki T4 bazasına hücumla bağlı heç bir açıqlama verməyib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu İran hərbiçiləri də daxil olmaqla, 14 nəfərin öldüyünü bildirib. İranın “Fars” xəbər agentliyi də Suriyadakı aviabazaya hücum zamanı 3 iranlının öldüyü barədə xəbər yayıb. Hadisədən dərhal sonra Suriya mediası hücumda Birləşmiş Ştatları günahladırıb ki, ancaq Fransa və ABŞ bu ittihamı rədd edib.

Bazar günü Suriyadakı Dəməşq yaxınlığında üsyançıların nəzarətində olan şəhərdə kimyəvi hücum nəticəsində azı 40 nəfərin öldüyü bildirilsə də, Suriya hökuməti bu iddiaları rədd edib.

TAHİR




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ