ABŞ prezidenti Donald Tramp Suriya məsələsini müzakirə etmək üçün Ağ Evdə prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə bir araya gələcək.
Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl, Əsəd rejiminin kimyəvi hücumları ilə bağlı sərt açıqlama verib. Tramp, Suriya ilə bağlı bütün variantların masada olduğunu deyib.
"Suriyadakı dəhşətli hücumu qınayıram. Suriyada insanlığa qarşı cinayət işlənir, buna icazə verməyəcəyik. Vəziyyəti hərbi liderlərlə müzakirə edirik, 24-48 saat ərzində mühüm qərarlar verəcəyik" deyə Tramp bildirib.