ABŞ prezidenti Donald Tramp Suriyada dincə əhaliyə qarşı kimyasah silah istifadəsinə sərt təpki göstərib.
Baki-xeber.com-un CNN Türk-dən əldə etdiyi xəbərə görə, bu barədə o özünün Twitter hesabında yazıb. “Prezident Putin, Rusiya və İran heyvan Əsədi dəstəklədikləri üçün məsuliyyət daşıyırlar, böyük bədəl ödənəcək”- deyə ABŞ prezidenti sosial şəbəkə hesabında yazır. O bildirib ki, uşaq və qadınlar da daxil, kimyasal hücumun ardından çox sayda dinc əhali ölüb və baş verənləri "Anlamsız bir yeni insanlıq dramı, xəstəlik adlandırıb.
Tramp, ayrıca, sələfi Obamanın Suriya siyasətini sərt tənqid edərək deyib ki, o zaman ABŞ prezidenti “çəkdiyi qırmızı xəttə sadiq qalsaydı, Suriya fəlakətinə son verilər, heyvan Əsəd tarix olardı”.
Suriyada baş verən kimyasal fəlakətə ABŞ XİN-dən də etiraz gəlib. “7 apreldə yenidən kimyasal hücumun baş verdiyi barədə xəbələri yaxından izləyirik. Deyilənlər təsdiqini taparsa, dərhal beynəlxalq ictimaiyyətə cavab verilməlidir”- Nazirliyin açıqlamasında deyilir.
Bu arada məsələyə Rusiyanın münasibəti bəlli olub. Belə ki, Moskvada hesab edirlər ki, Suriyada kimyasal hücumla bağlı deyilənlər əsassızdır və “siyasi tənzimlənmə ilə barışmayan radikal müxalifətin dəstəklənməsinə xidmət edir”. “Bu cür saxta bəhanələrə əsaslanan hərbi müdaxilə isə ən ağır nəticələrə səbəb ola bilər”- Rusiya XİN-in açıqlamasında deyilir.
Xatırladaq ki, verilən xəbərlərə görə, Əsəd rejiminin Şərqi Qutada müxaliflərin nəzarətində olan Duma rayonuna kimyasal hücumu nəticəsində 78 dinc sakin həlak olub.