Əfqanıstanın Cüzcan əyalətinin Darz Aab bölgəsinə edilən hava hücumunda İŞİD-in önəmli isimlərindən olan Qari Hekmat məhv edilib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, ötən il “Taliban” terror qruplaşmasından ayrılan Hekmat ölkənin şimalında İŞİD-in yerli özəyini yaradaraq fəaliyyət göstərməyə başlamışdı.