Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Trend-in məlumatına görə, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.
Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazmışdı ki, Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub: “Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik”.