İsrail Baş naziri Binyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin Türkiyə-Rusiya-İran üçtərəfli zirvəsinin ardından verdiyi açıqlamada İsraili Suriyada terroru dəstəkləməkdə suçlamasına sərt təpki göstərib.
Baki-xeber.com-un xəbərinə görə, Netanyahu Twitter hesabından verdiyi cavab açıqlamasında “Məntiqsizliyin hüdudu yoxdur. Terror dəstəkçisi İran İsraili bu işi görməkdə suçlayır. Ruhaninin “Feylak əl-Qüds”ün (SEPAH-a bağlı özəl güc) Suriyadakı terror fəaliyyətindən xəbəri yoxdursa biz onu xəbərdar edək" sözlərini yazıb.
Xatırladaq ki, Türkiyədə keçirilən Rusiya-Türkiyə-İran üçtərəfli zirvəsində çıxış edən İran prezidenti Həsən Ruhani bölgənin son illərdə terrordan ciddi əziyyət çəkdiyinə diqqət çəkərək, bu hadisələri törədənlərin “bəzi ölkələr tərəfindən yetişdirildiyini, maliyyə və silahla təchiz edildiyini” bildirib.