Martın 20-də baş tutan telefon görüşməsində ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Vaşinqtonda ikitərəfli görüş keçirməyi təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə gündəlik brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildiriib. “Hər şey yolunda gedərsə, ümid edirəm, amerikalılar sammitin keçirilməsi imkanlarını müzakirə etmək təklifindən imtina etməyəcək”- o deyib.
Eyni zamanda Uşakov qeyd edib ki, sammitin keçirilməsi ilin ikinci yarısında mümkün ola bilər. İki ölkə arasındakı münasibətlərdə növbəti gərginliyə diqqət çəkən prezident sözçüsü Sietldəki Rusiya Konsulluğunun bağlanmasını və 60 rus diplomatının ABŞ-dan çıxarılmasını xatırladıb. Bildirib ki, Rusiya tərəfi bu addıma adekvat cavab verməyə məcbur olduğundan, yüksək səviyyədə danışıqlara ara verilib.
Öz növbəsində Ağ Ev prezidentlər Tramp və Putinin ikitərəfli görüşünün müzakirə olunduğunu təsdiqləyib. Bildirilib ki, artıq görüş üçün bir neçə mümkün məkan da nəzərdən keçirilib. Lakin görüşün nə zaman planlaşdırıldığı açıqlanmayıb.