Ankara Fətullah Gülənin RF səfiri Andrey Karlovun Türkiyədə qətlə yetirilməsilə əlaqəsinin olmasına dair sənədlər təqdim edərsə, ABŞ onun ekstradisiya məsələsini götür-qoy edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ Ədliyyə nazirliyinin rəsmi nümayəndəsi Nikol Navas açıqlama verib. Onun sözlərinə görə, qərar fakt bazası əsasında və ABŞ qanunvericiliyinə əsasən qəbul olunacaq. “Biz Türkiyə hökumətinin təqdim edəcəyi istənilən sənədi gözdən keçirməyə hazırıq və faktlar əsasında da ölkəmizin qanunvericiliyinə uyğun şəkildə qərar qəbul edəcəyik” o deyib.
Xatırladaq ki, Rusiyanın TC-dəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib. Rusiya XİN hadisəni terror aktı adlandırıb.