İrəvanda “Burger Kinq” kafesində partlayış olub.
Baki-xeber.com-un erməni mətbuatından aldığı xəbərə görə, partlayış ötən axşam yerli vaxtla saat 20:44-də baş verib. İlkin versiyaya görə, partlayışa pivə balonu səbəb olub.
Xəbərdə hadisə nəticəsində ölən olmadığı, 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir ki onlar arasında RF və İran vətəndaşları da var.