İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona ünvanladığı çağırışa isterika ilə cavab verib.
Baki-xeber.com-un “life.ru” saytına istinadən xəbərinə görə, yəhudi Baş nazir özünün facebook səhifəsində yazıb ki, “Kiprin şimalını işğal edən, kürd ərazilərini ələ keçirən, Afrində dinc sakinləri qətl edən (!) şəxs bizə əxlaqi dəyərlərdən bəhs edə bilməz”.
Xatırladaq ki, daha öncə Ərdoğan İsrailin cinayətkarlıqla mübarizə aparmaq əvəzinə “terror siyasəti apardığını” bəyan edib və Netanyahunu Fələstinə təzyiq göstərməkdən çəkinməyə çağırıb.