Çinin “Tyanqun-1” orbital stansiyası Sakit okean üzərində atmosferə daxil olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Sinhua” agentliyi xəbər verib. Xəbərə görə, stansiyanın atmosferə Pekin vaxtı ilə saat 08.15-də okeanın cənub hissəsi üzərində daxil olaraq alışdığı və çox hissəsinin yandığı ehtimal olunur. Hadisə ilə bağlı daha detallı informasiya və onun hissələrinin yerə düşməsilə bağlı hər hansı xəbər yoxdur.
Pekindən bildirildiyinə görə, daha öncə stansiya idarəolunmaz hala gələrək orbitdən düşüb. Lakin Pekin bunun hansısa fəsadlara gətirdiyini güman etmir.