Rusiya Böyük Britaniyanın 50-dən artıq diplomatını və səfirlik əməkdaşını ölkədən göndərəcək.
Baki-xeber.com-un RİA“Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb.
"Böyük Britaniyanın Rusiyadakı və Rusiyanın Böyük Britaniyadakı diplomatlarının sayında paritet əldə olunması üçün bir neçə britaniyalı deputat ölkəsinə qayıtmalı olacaq. Hazırda bu fərq 50-dən artıqdır"- deyə Rusiya XİN sözçüsünın statusunda deyilir.