Fransa, Türkiyənin Suriyada PKK/YPG terrorçularına qarşı başlatdığı anti-terror əməliyyatlarının qarşısını almaq üçün Münbiçə hərbi qüvvə göndərir. Baki-xeber.com xəbər verir ki, belə bir iddia ilə Fransanın “Le Figaro” qəzeti çıxış edib.
Iddialara görə, Fransa və ABŞ PKK/YPG terror təşkilatına dəstək verməklə bağlı razılığa gəlib. Belə ki, Fransa, Türkiyənin Suriyada irəliləməsinin qarşısını almaq məqsədilə PKK/YPG-yə dəstək üçün Münbiçə əsgər göndərəcək.
Qəzet yazır: "Qərar, Suriyanın şimalındakı strateji şəhərə nəzarəti ələ almaq üçün hərbi əməliyyat keçirməyə hazırlaşan Türkiyə hərbi qüvvələrinin hücumunun qarşısını almaq məqsədi daşıyır. Ankaradakı Fransa səfirinə qərarın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çatdırılması barədə tapşırıq verilib”.
O da bildirilir ki, Fransa prezidenti Emmanuel Makron kürd və Suriya ərəb nümayəndələri ilə görüşüb. Makron görüşdə Fransa hərbi qüvvələrinin Münbiç bölgəsində yerləşdiriləcəyini deyib.