Rusiya ABŞ-ın Sankt-Peterburq Konsulluğunu bağlayır, 60 amerikalı diplomatı isə ölkədən çıxarır. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Moskva bu addımı, ABŞ-ın və onun müttəfiqlərinin Böyük Britaniyadakı “Sergey Skripal qalmaqalı”na görə Rusiyaya qarşı başlatdığı kampaniya cavab olaraq atıb.
Lavrov, Böyük Britaniyanın 23 rus diplomatını deportasiya etdikdən sonra, ABŞ-ın da aralarında olduğu 25-dən çox Qərb ölkəsinin 150-dən çox rus diplomatını ölkədən çıxarmasına cavab olaraq Moskvanın atacağı addımları açıqlayıb.
ABŞ-ın Moskvadakı səfiri Con Huntsmanın Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını və cavab addımlarının ona çatdırıldığını deyən Lavrov, ABŞ-ın deportasiya etdiyi rus diplomatların sayı qədər amerikalı diplomatın Rusiyadan çıxarılacağını deyib. Bu isə 60 ABŞ diplomatının Rusiyadan deportasiya ediləcəyi anlamına gəlir.
Lavrovun açıqlamasından dərhal sonra isə, Rusiya XİN, ABŞ-ın Moskvadakı səfirliyinin 58, Yekaterinburqdakı baş konsulluğunun isə 2 əməkdaşının “arzuolunmaz şəxs” élan edildiyini bəyan edib. Onlara ölkə ərazisini tərk etmələri üçün aprelin 5-dək vaxt verilib.
Rusiyanın Seattledəki Konsulluğunun bağlanmasına cavab olaraq isə, ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğu başlanacaq.
Lavrov, Rusiyanın rus diplomatları deportasiya edən bütün ölkələrə cavab verəcəyini deyib. Bu isə 150-dən çox Qərb diplomatının Rusiyadan deportasiya ediləcəyi deməkdir.