ABŞ qoşunlarını Suriyadan çıxarır. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp deyib ki, ABŞ əsgərlərinin orada olmasının yeganə səbəbi İŞİD idi: “Başqa səbəb yox idi. Bu hədəfə də böyük ölçüdə nail olduq”.
Tramp yaxın vaxtlarda Suriyadan çəkiləcəklərini söyləyib. "ABŞ Suriyanı tərk edəcək. Bir az da digər ölkələr oradakı xaosla maraqlansın" – deyə ABŞ prezidenti bildirib.