Rusiyanın İngiltərə ilə agentin zəhərlənmə olayı üzündən yaşadığı böhran getdikcə daha çox ölkəyə yayılır.
Baki-xeber.com-un xəbərinə görə, artıq Lüksemburqun ardından Slovakiya, Potuqaliya və Malta dövləti də Moskvadakı səfirini geri çağırıb. Slovakiya XİN rəhbəri Miroslav Layçak məsələ ilə bağlı verdiyi açıqlamada 20 ildən bəri ilk dəfə Rusiya ilə aralarında diplomatik böhranın baş verdiyini deyib. Maltalı yetkililər sosial şəbəkələrdə verdikləri şərhlərdə zəhərlənmə olayı ilə bağlı İngiltərəyə dəstək verdiklərini açıqlayıb. Portuqaliya XİN-in açıqlaması da eyni mövzunu ifadə edir.
Xatırladaq ki, Portuqaliya və Slovakiya Rusiya təhdidinə qarşı qurulan Şimal Alyansının – NATO-nun üzvüdür. Portuqaliya Alyansa 1949-cu ildə, Slovakiya isə Çexoslovakiyanın dağılmasının ardından 2004-cü ildə qəbul edilib.