ABŞ-ın San-Fransisko şəhərində naməlum şəxs bir qrup insana balta ilə hücum edib və daha sonra avtomobilə minərək nəqliyyat vasitəsini onların üzərinə sürüb.
“Trend”-in "ABC News"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.
Məlumata əsasən, avtomobilin sürücüsü hadisə yerindən qaçsa da, daha sonra polislər tərəfindən yaxalanıb. Onun kimliyi açıqlanmır.