Şimali Koreya lideri Kim Çen In Çin Xalq Respublikasının lideri Si Tzinpinlə Pekində görüşü zamanı ölkəsinin nüvə silahından əl çəkməsinin əsas şərtini açıqlayıb.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi yalnız bir halda mümkün ola bilər – bundan ötrü Cənubi Koreya və ABŞ gərəkən şəraiti yaradarsa. “Sinhua” agentliyinin xəbərinə görə, o deyib ki, Seul və Vaşinqton bu şərtə pozitiv yanaşaraq yarımadanın silahsızlaşdırılmasına və daimi sülh şəraitinin bərpasına qərar verərsə, ölkəsi nüvə proqramından geri çəkilə bilər.
Kim Çen In onu da deyib ki, Şimali Koreyanın keçmiş rəhbərləri kim Ir sen və Kim Çen Ip də nüvəsizləşdirmədə israr edib.