Avstraliya hökuməti Rusiya diplomatlarını şpionajda ittiham edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABC telekanalı xəbər yayıb. Xəbərə görə, bu mövzu ilə əlaqədar Avstraliyanın XİN rəhbəri Culi Bişop Rusiyanın Kanberradakı səfiri Qriqori Loginovla görüşməyi planlaşdırır. Telekanala açıqlamasında Bişop deyib ki, Rusiya səfirlərinin şpionajla məşğul olmasına dair bilgini ona kəşfiyyat orqanları verib.
Səfir Loginov isə ünvanına deyilənləri gülünc adlandırıb və qəti şəkildə vurğulayıb ki, səfirlikdə heç zaman casuslar işləməyib.
Xatırladaq ki, daha öncə Avstraliya hökumətinin iki Rus diplomatını ölkədən göndərəcəyi barədə xəbər yayılıb.