Böyük Britaniya ilə Rusiya arasında yaşanan casus qalmaqalı, ardınca bir çox Avropa ölkəsi və ABŞ-dakı rus diplomatlarının deportasiya qərarından sonra, bu dəfə də bəzi Qərb ölkələrinin Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına qatılmayacağı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Rusiyaya qarşı sanksiyaları artırmaq istəyən ölkələrin, bu ilin iyununda Soçidə keçiriləcək dünya kubokunda iştirak etməkdən imtina edəcəkləri iddia edilir.
Artıq Britaniyadan sonra İslandiya da, Rusiyada keçiriləcək Dünya kubokuna qatılmayacağını bəyan edib.
Ölkəsindəki 2 rus diplomatın 7 gün ərzində ölkəni tərk etməsini tələb edən Avstraliya da sanksiyaları artırmaq üçün Dünya kubokuna qatılmaqdan imtina etməyi düşündüklərini açıqlayıb. Mətbuata açıqlama verən Avstraliya xarici işlər naziri Juli Bişop, "Rusiyaya qarşı düşündüyümüz müxtəlif sanksiyalar var, Dünya Kuboku da bunlardan biri ola bilər" deyib.
Portuqaliyalı keçmiş futbolçu Nunu Qomeş isə sosial media hesabından, idmanı siyasətə qarışdırmamağa çağırıb.