Rusiya ilə ABŞ və Avropa dövlətləri arasında rus diplomatların deportasiyasına səbəb olan qalmaqal davam edir. Baki-xeber.com xəbər verir ki, Rusiya ilə Qərb arasındakı son gərginliyə NATO da qoşulub.
Belə ki, beynəlxalq hərbi alyans yeddi rus diplomatının akkreditasiyasının ləğv edildiyini bəyan edib.
Qərarın casus böhranında Rusiyaya açıq bir mesaj olduğunu deyən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərədək azaldılacaq.
Moskva, isə böhrana görə, Vaşinqtonu ittiham edir. Belə ki, Rusiya ABŞ-ı, rus diplomatları deportasiya etmək üçün ölkələri şantaj etməkdə günahlandırır.