Kanadada müsəlmanların qatili məhkəmə qarşısına çıxarılıb.
Baki-xeber.com-un xəbərinə görə, Aleksandr Bissonnet ötən il Kvebek şəhər məscidindən çıxan 6 nəfər müsəlmanı qətlə yetirdiyinə görə mühakimə olunur. Xəbərə görə, artıq hakim Fransua Hout 28 yaşlı qatil barəsində ittihamnaməni səsləndirib. İttihamnamədə Bissonnetin törətdiyi 12 cinayət hadisəsindən bəhs olunur ki, bunun da 6-sı birinci dərəcəli ölüm faktıdır. Xəbərdə deyildiyinə görə, hakim bu cinayətlərlə bağlı andlılar məhkəməsinin 600 nəfər potensial üzvünün ifadəsini alıb ki, bu da onların sayınından üçqat artıqdır.
Müsəlman qatilinin məhkəməsinin 2 ay sürəcəyi güman olunur.
Xatırladaq ki, ötən ilin 29 yanvar tarixində Aleksandr Bissonnet Kvebek şəhərində məsciddən çıxan müsəlmanlara odlu silahdan atəş açmış, nəticədə 6 nəfər həyatını itirmiş, 8 nəfər isə yaralanmışdı.